Zaqatalada şəhid Turan Məhərrəmovun xatirəsi anıldı – FOTO  

Zaqatalada şəhid Turan Məhərrəmovun xatirəsi anıldı – FOTO  

Hazırda oxunan: Zaqatalada şəhid Turan Məhərrəmovun xatirəsi anıldı – FOTO  

156444

Zaqatala rayon Heydər Əliyev Mərkəzində şəhid Turan Məhərrəmovun ildönümü və "Zaqatala Pələngi" adlı kitabının təqdimat mərasimi keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Tədbiri giriş sözü ilə açan Mərkəzin əməkdaşı şəhid Turan Məhərrəmov haqqında ətraflı məlumat verib.

Daha sonra bəstəkar Ruslan Səfəroğlu və Coşqun Ağayev şəhid Turana həsr olunmuş nəğmələri ifa edib. Eyni zamanda "Zaqatala Pələngi" və daha 22 kitab müəllifi olan Senem Borçalı kitabının təqdimatı zamanı Turana həsr etdiyi şeiri səsləndirib. Daha sonra kitab şəhid ailələrinə və tədbir iştirakçılarına hədiyyə olunub.

Sonda şəhid Turan Məhərrəmov haqqında videoçarx nümayiş olunub. Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Sonra şəhidin ailəsində ehsan süfrəsi açılaraq mərasim şəhidin ata yurdunda davam etdirilib. 
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər, 2001-ci il təvəllüdlü Məhərrəmov Turan Tərlan oğlu doğulduğu Zaqatala rayonunun Qımır kəndində torpağa tapşırılıb. 








Tural Rasim oğlu, Bizim.Media, şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO