Hikmət Hacıyev: “Ermənistan Azərbaycan ərazisindəki qondarma rejimə dəstək göstərirdi”

Hikmət Hacıyev: “Ermənistan Azərbaycan ərazisindəki qondarma rejimə dəstək göstərirdi”

Hazırda oxunan: Hikmət Hacıyev: “Ermənistan Azərbaycan ərazisindəki qondarma rejimə dəstək göstərirdi”
156192
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ermənistan Azərbaycan ərazisindəki qondarma rejimə özünün dövlət büdcəsindən maliyyə, siyasi və hərbi cəhətdən dəstək göstərirdi. Bugünkü ilkin razılıq həmin hərbi qüvvələrin Azərbaycan ərazisindən tam uzaqlaşdırılması istiqamətində olduqca əhəmiyyətlidir”. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Hikmət Hacıyev: “Qarabağ ermənilərinin reinteqrasiyası planı hazırdır”


Prezidentin köməkçisi deyib ki, son dövrlər Ermənistan-Azərbaycan sülh müqaviləsi, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması üzrə tamamilə qeyri-konstruktiv mühit yaranıb:

“Ermənistanın üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsinin təmin edilməsi idi. Ermənistan bu öhdəliyini yerinə yetirmir və hər vəchlə Zəngəzur dəhlizinin açılmasına problemlər yaratmaqda davam edir”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO