İlqar Məmmədovdan SENSASİON AÇIQLAMA – “Beş seçki dairəsi LƏĞV OLUNUR”

İlqar Məmmədovdan SENSASİON AÇIQLAMA – “Beş seçki dairəsi LƏĞV OLUNUR”

Hazırda oxunan: İlqar Məmmədovdan SENSASİON AÇIQLAMA – “Beş seçki dairəsi LƏĞV OLUNUR”
155149
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Abşeron yarımadasından kənarda yerləşən bir neçə seçki dairəsi ləğv edilir, onların məntəqələri qonşu dairələrə verilir.  Əvəzində, əsasən Abşeron yarımadasında yeni dairələr yaradılır. Tezliklə baş verəcək bu yerdəyişmə ölkə daxilindəki əhali köçü ilə bağlıdır”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb.

ReAl sədri qeyd edib ki, Şəkidə 114 saylı, Lənkəranda 76 saylı, Cəlilabadda 69 saylı dairə və başqa dairələr ləğv olunacaq: 

“Əvəzində Sumqayıtda 2, Abşeronda isə 3 yeni dairə yaradılır. Deputatların ümumi sayına bu dəyişiklik təsir etmir”.

İlqar Məmmədovun sözlərinə görə, qeyd olunan 3 dairədə ReAL-ın təqdim etdiyi Dairə Seçki Komissiyası üzvləri var:  

“Dünən MSK bizə şifahi şəkildə onların yerinə yeni dairələrdə üzv təklif etməli olduğumuzu bildirdi. Daxili köçün nəzərə alınması MSK-nın doğru addımıdır”. 

İlqar Məmmədovdan SENSASİON AÇIQLAMA – “Beş seçki dairəsi LƏĞV OLUNUR” - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO