SON DƏQİQƏ: General Balasanyan və oğlu həbs edildi

Hazırda oxunan: SON DƏQİQƏ: General Balasanyan və oğlu həbs edildi

146143

Azərbaycanın Əsgəran yaşayış məskənində Qarabağdakı qondarma rejimin "təhlükəsizlik şurası"nın keçmiş katibi, general Vitali Balasanyan və oğlu Artur öz evində saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb.

Mənbə yazır ki, onun evində 40 dəqiqə axtarış aparıldıqdan sonra ata-oğul qondarma "xüsusi xidmət orqanları" tərəfindən aparılıb. 

Vitali Balasanyan  külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunur.

“Aravot” nəşri bununla bağlı daha bir neçə nəfərin də (Balasanyanın qardaşı və qardaşı oğlu) saxlanıldığını yazıb. 

Qondarma rejimin "parlamentinin" "Ədalət" fraksiyasının üzvü Metakse Akopyan nəşr ilə söhbətində məlumatı təsdiq edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO