İrəvanda Hindistan vətəndaşlarına qarşı QƏTLİAM: 1 ölü, 1 yaralı var

İrəvanda Hindistan vətəndaşlarına qarşı QƏTLİAM: 1 ölü, 1 yaralı var

Hazırda oxunan: İrəvanda Hindistan vətəndaşlarına qarşı QƏTLİAM: 1 ölü, 1 yaralı var
142192
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün, iyunun 19-da İrəvanda qətl hadisəsi baş verib. Səhər saat 00:50 radələrində şəhərdəki yanacaqdoldurma məntəqəsinin birinin arxasında bir gəncin cəsədi tapılıb.

Bizim.Media shamshyan.com saytına istinadən xəbər verir ki, polis ölən şəxsin 24 yaşlı A.Suradi adlı Hindistan vətəndaşı olduğunu müəyyən edib. Məhkəmə-tibb ekspertinin rəyinə görə, mərhumun kürəyində bıçaq yarası olub.

Müstəntiqlər hadisə yerində işləyərkən “Ermənistan” tibb mərkəzindən bir nəfərin döş qəfəsinin sol nahiyəsinin bıçaq xəsarəti və kəllə-beyin travması ilə çatdırılması barədə siqnal daxil olub. 

Məlum olub ki, o, 31 yaşlı Hindistan vətəndaşı M. Lindondur. Onu da Asratyan küçəsindən, yanacaqdoldurma məntəqəsinin yanındakı evdən xəstəxanaya aparıblar. 

Ünvana gedən polis əməkdaşları əlləri və üzü qan olan bir qrup gənci aşkar ediblər. 

Qətlə yetirilən şəxsə məxsus mənzildən qan izləri, cırıq köynək, mobil telefon, qan izləri olan çəngəl və başmaq aşkar edilib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO