
- A-
- A
- A+
Ərdoğan Paşinyana TƏŞƏKKÜR ETDİ - SƏBƏB
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıtdıqdan sonra təyyarədə türkiyəli jurnalistlərin suallarını cavablandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya türk mətbuatında yer alıb.
Azərbaycan-Ermənistan münasibətləri və Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələsində Ermənistanın bəzi konstruktiv mövqeyi barədə suala cavabında Ərdoğan Türkiyənin dəvətini qəbul edərək andiçmə mərasimi üçün Ankaraya gəldiyinə görə Nikol Paşinyana təşəkkür edib.
Türkiyə prezidenti Ermənistan rəsmilərinin Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduqları barədə bəyanatlarına da diqqət çəkib:
“Paşinyan öz ölkəsində bu məsələyə münasibətin pis olmasına baxmayaraq geri addım atmadı".
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































