Köçəryan və Sarkisyanın işini aparan prokurorlar vəzifələrindən azad olundu

Köçəryan və Sarkisyanın işini aparan prokurorlar vəzifələrindən azad olundu

Hazırda oxunan: Köçəryan və Sarkisyanın işini aparan prokurorlar vəzifələrindən azad olundu
140383
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan Baş Prokurorluğu eks-prezidentlərin işini aparan prokurorların işdən çıxarılmasını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı qurumun mətbuat xidməti yayıb.

Mənbə yazır ki, Ermənistanın baş prokuroru Anna Vardapetyanın 25 may, 5 iyun və 6 iyun tarixli fərmanlarına əsasən, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın cinayət işində iştirak edən baş prokurorun müavini Gevorq Baqdasaryan və Cinayətlər üzrə idarənin rəis müavini, prokuror Petros Petrosyan vəzifələrindən azad edilib.
Bundan başqa, Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın işinə nəzarət edən prokuror Arsen Martirosyan da (Korrupsiyaya Qarşı Mübarizə Komitəsində məhkəməyədək icraatın qanuniliyinə nəzarət şöbəsinin müdiri) işdən çıxarılıb.

Vardapetyan prokurorluq sistemində başqa dəyişikliklər də edib.

Prokurorların işdən çıxarılmasının səbəbləri açıqlanmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO