Zaqatala sakininin İXTİRASI: Uzaqdan idarə olunan istilik sistemi – FOTO  

Zaqatala sakininin İXTİRASI: Uzaqdan idarə olunan istilik sistemi – FOTO  

Hazırda oxunan: Zaqatala sakininin İXTİRASI: Uzaqdan idarə olunan istilik sistemi – FOTO  

136785

48 yaşlı Zaqatala sakini Sahib Şahmalıyev Azərbaycanda ilk dəfə uzaqdan idarə olunan istilik sistemi hazırlayıb. 

Bizim.Media-nın yerli bürosu ilə söhbətində o, uzaqdan idarə olunan istilik sisteminin hazırlanmasına bir ildən artıq vaxt sərf etdiyini bildirib. 

Sahibin bu ideyası insanların xüsusən evini tərk edib gedənlərin marağına səbəb olur.

Belə ki, yeni cihaz vasitəsi ilə onu dünyanın istənilən yerindən işə salmaq yaxud söndürmək mümkündür. Sahib Şahmalıyev ilk ixtirasını öz mənzilində tətbiq edib və onu qonşu rayonlardan işə salıb.
Növbəti mərhələdə isə o kombi aparatına yeni idarəetmə funksiyaları əlavə edib. Belə ki, mənzilində bu sistemi tətbiq edən şəxs telefonla dünyanın istənilən nöqtəsindən evində quraşdırdığı kombini asanlıqla işə salır ya da söndürə bilir. Sahib kombinin funksiyalarını telefona köçürməklə bütün iş rejiminə nəzarəti imkanı qazanıb.

Kombinin işə salınması, söndürülməsi, suyunun doldurulub-boşaldılması və digər bütün funksiyalar uzaqdan idarə oluna bilir.

Layihənin adı "Smartfon Kombi Virtual İdarəetmə və Nəzarət Sistemi" adlanır. Şahib Şahmalıyev bildirib ki, internet şəbəkəsi mövcud olan yerdə kombinin bütün funksiyalarını həm idarə, həm də onun işinə nəzarət etmək mümkündür. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO