Hövsan - Zığ yolu buz səbəbindən BAĞLANDI 

Hazırda oxunan: Hövsan - Zığ yolu buz səbəbindən BAĞLANDI 

114120

Bakıda dünən axşamdan yağan qar hazırda daha da intensivləşib. Paytaxtın bəzi yolları buz bağladığından tıxac yaranıb.

Bizim.Media əməkdaşının verdiyi məlumata görə Hövsan-Zığ yolu isə yağan qar səbəbindən keçilməz duruma düşüb. Hazırda sürücülərin həmin yolda hərəkəti çətinləşib və köməkçi yoldan istifadə etməyə başlayıblar. Bu səbəbdən köməkçi yolda da sıxlıq yaranıb. 

Buz bağlamış Hövsan - Zığ yolunun təmizlənməsi işləri aparılmır. Yolda sadəcə bir və iki qadın təmizləyici görmək mümkündür.

Ümid edirik, aidiyyəti qurumlar sürücülərin təhlükəsiz hərəkətini təmin edəcəklər.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO