Talıbovların müğənnilərə xərclədiyi milyonlar – Damla və Türkan qalmaqallı OLAYDAN DANIŞDI – ÖZƏL 

Hazırda oxunan: Talıbovların müğənnilərə xərclədiyi milyonlar – Damla və Türkan qalmaqallı OLAYDAN DANIŞDI – ÖZƏL 

112313

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğullarının bəzi müğənnilərə milyonlarla pul xərclədikləri ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. 

Həmin müğənnilərin sırasında Xalq artisti Röya, Damla, Nəfəs, Türkan və digərlərinin adları çəkilir.

Sözügedən məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Damla adı ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədova ilə əlaqə saxlayıb.


Sənətçinin prodüseri Şamil İbrahimov bu iddiaların əsassız olduğunu açıqlayıb:

“Damla iyunun 6-sı Naxçıvanın Saat Meydanında konsert proqramı ilə çıxış edib. Adıçəkilən insanların heç üzünü belə görməmişik. Damlanın qonorarı ödənilib, o da gəlib konsert verib. Orada təkcə Damla deyil, bir çox sənətçilər konsert veriblər. Bu xəbərin heç bir əsası yoxdur”.

Sözügedən qalmaqallı olayda adıçəkilən digər müğənni Türkan Vəlizadənin əvəzinə isə onun prodüseri Mikayıl “Bu kimi xəbərləri nə görürük, nə eşidirik, nə də ki oxuyuruq. Yalandır!” qısa cavabını verib.
Qeyd edək ki, Naxçıvanın Saat Meydanında bir sıra müğənnilər konsert proqramı ilə çıxış ediblər.



Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO