Azərbaycanla Moldova kibertəhlükəsizlik sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK

Azərbaycanla Moldova kibertəhlükəsizlik sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK

Hazırda oxunan: Azərbaycanla Moldova kibertəhlükəsizlik sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK

110049

Azərbaycan və Moldova arasında İT və innovasiyalar sahəsində danışıqlar aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev şəxsi “Twitter” hesabında məlumat verib.

“Ölkəmizdə səfərdə olan Moldovanın Baş nazirinin rəqəmsallaşma məsələləri üzrə müavini Yurie Tsurkanunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdük.

Azərbaycan və Moldova arasında İKT, innovasiyalar və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik.
“Elektron hökumət”, “Ağıllı şəhər” və süni intellekt istiqamətlərində əməkdaşlıq və təcrübə mübadiləsi, İT və innovasiyalar sahəsində insan kapitalının inkişaf etdirilməsi məsələləri haqqında danışdıq”, - deyə nazir paylaşımda qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO