Dekabrda inflyasiya ən yüksək həddə yüksələcək – EKSPERT 

Dekabrda inflyasiya ən yüksək həddə yüksələcək – EKSPERT 

Hazırda oxunan: Dekabrda inflyasiya ən yüksək həddə yüksələcək – EKSPERT 
109197
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqtisadçı ekspert Fuad İbrahimovun fikrincə, dekabr ayında Azərbaycanda inflyasiya 15 faiz həndəvərində olacaq.

Bizim.Media-ya açıqlamaısnda o bildirib ki, çox ağrılı dövrdə yaşayırıq, heç nə proqnoza sığmır, çünki Azərbaycana inflyasiya əsasən xarici təsirlərlə gəlir:

“2021-ci il dünya iqtisadiyyatında ümumiyyətlə inflyasiya ili kimi qaldı. Bu da monitar və fiskal siyasətin nəticəsidir.

Bir çox banklar uçot dərəcəsinin artırılması, yəni antiinflyasiya proqramları tətbiq etməyə başlayıb. Belədə, dünya iqtisadiyyatının kiçilməsinə şərait yaradacaq fon yaradırlar. Cari ilin son ayında ölkəmizdə inflyasiyanın tempi bir qədər də arta bilər.
Ənənəvi olaraq dekabr ayında vətəndaşların istehlak səbətində aktivliyü müşahidə edildiyindən qiymət bahalaşması da baş verir. Bu da inflyasiyanın bir qədər də artmasına şərait yarada bilər. İnflyasiyanın dekabrda 15 faiz civarında olması gözlənilir. Amma 2023-cü ilin birinci rübündə inflyasiya tempi səngiyəcək”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO