Elmar Məmmədyarov hələ də vəzifədədir

Elmar Məmmədyarov hələ də vəzifədədir

Hazırda oxunan: Elmar Məmmədyarov hələ də vəzifədədir
10739
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Elmar Məmmədyarov İcraiyyə Komitəsinin üzvüdür, oradan çıxmaq üçün hər hansı bir əsas da yoxdur”.

Bizim.Media xəbər verir ki, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.

O bildirib ki, sabiq xarici işlər naziri Elmar Məmmədyarov AFFA İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyətini davam etdirir:

“AFFA-nın ötən il keçirilən sonuncu Hesabat Seçki Konfransında Elmar Məmmədyarov İcraiyyə Komitəsinin üzvü seçilib. Səlahiyyət müddəti də 4 ildir.

Əgər özü hər hansı bir səbəbdən istefa verməsə ki, bunu da etməyib, hüquqi baxımdan onun buradakı işini davam etdirməsi ilə bağlı heç bir maneə yoxdur. Məmmədyarov komitənin üzvü kimi fəaliyyətini davam etdirir”.

Qeyd edək ki, Elmar Məmmədyarovun məsul olduğu konkret istiqamət dövlət orqanları ilə əlaqələrdir. (Apasport)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO