Vaxtı keçmiş dərmanları tullayarkən bu təhlükələrə yol aça bilərsiniz – QORXULU MƏQAMLAR 

Hazırda oxunan: Vaxtı keçmiş dərmanları tullayarkən bu təhlükələrə yol aça bilərsiniz – QORXULU MƏQAMLAR 

105696

Bir çox insan vaxtı keçmiş dərman vasitələrini elə öz qablaşdırmasında, məişət tullantıları ilə birlikdə atır. Bəs, belə etmək doğrudurmu?

Farmakoloq Aydın Əliyev Bizim.Media-nın sualını cavablandırarkən deyib ki, bu düzgün deyil:

“Vaxtı keçmiş dərman vasitələrini atarkən diqqətli olmaq lazımdır. Həmin preparatları yararsız hala gətirib atmalıyıq. Əks halda məhv olunmadan qalarsa, istifadə edilə və həyati təhlükə yarada bilər”.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın dərman bazarında niyə qıtlıq yaşanır? – “Tarif Şurasının qərarı yanlış idi” 


İstifadə müddəti bitmiş dərman vasitələrinin toplu şəkildə məhv edilməsinə gəldikdə isə farmakoloq qeyd edib ki, bu, o qədər də sadə məsələ deyil:

“Azərbaycanda dərmanlar son bir neçə ildir ki, tullantı variantına gəlib çatıb. Yəni müalicə etməkdən çox, problemə çevrilib. İnsanlar keyfiyyətdən çox narazıdırlar. Səhiyyə Nazirliyi, dərman gətirən şirkətlər bu haqda ciddi düşünməlidirlər.

Camaat həkimi qınayır, amma həkim dərman gətirmir. O, diaqnoz qoyur və ona uyğun dərman vasitəsini təyin edir. Dərman keyfiyyətsizdirsə, təbii ki, müalicə vasitəsi kimi effektivliyi zəif olacaq. Bu həm də iqtisadi məsələdir. Ona görə vaxtı keçmiş dərman vasitələri müvafiq idarələr tərəfindən məhv edilərkən elan edilməlidir ki, nə qədər dərman məhv olundu və biz maddi cəhətdən nə qədər itirdik”.

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO