“Onların polisdə, prokurorluqda, hökumətdə adamları var”x9d  -“Vor zakon”x9dların dostu

“Onların polisdə, prokurorluqda, hökumətdə adamları var”x9d -“Vor zakon”x9dların dostu

Hazırda oxunan: “Onların polisdə, prokurorluqda, hökumətdə adamları var”x9d -“Vor zakon”x9dların dostu

196600
Oktyabrın 24-də “Lotu Quli”x9d ləqəbilə tanınan Nadir Səlifovun azalığa çıxması gündəmdə bomba effektini yaratdı. Belə ki, Qaradağ rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyevin sədrliyi ilə keçirilən məhkəmədə şikayət təmin olundu və “Lotu Quli”x9d vaxtından əvvəl şərti azadlığa buraxıldı.

Bəzi məlumatlara görə, kriminal aləmdə söz sahibi olmuş Rövşən Lənkəranskinin öldürülməsindən sonra Rusiyada yaşayan azərbaycanlıların vəziyyəti pisləşib. “Lotu Quli”x9dnin məhz Rusiyadakı azərbaycanlılar yaşayan ərazilərə nüfuz edəcəyixa0 gözləntiləri var.

Azadlığa çıxmış “Lotu Quli”x9dinin artıq Türkiyədə - İstanbulda olduğu barədə məlumatlar var.
“Lotu Quli”x9d həbsxanada 20 ilə yaxın vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq, həbs edilmişdi.xa0

Bəs Nadir Səlifovun həbsdən azad olunması keçmiş SSRİ məkanındakı kriminal aələmdə nəyə təsir edə bilər?

Moderator.az xəbər verir ki, Modern.az bu suala cavab almaq üçün “qanuni oğru”x9d aləminə yaxşı bələd olan, “kriminal avtoritetlər”x9d barədəd bir sıra kitabların müəllifi Bəhram Çələbiyə müraciət edib:
xa0
- Bəhram müəllim, bir neçə avtoritet -“Lotu Bəxtiyar”x9d, “Dağlı Cavanşir”x9d, “Lotu Himət”x9d, “TT Nəriman”x9dxa0 haqqında kitabların müəllifisiniz. İki gün əvvəl azadlığa buraxılan “Lotu Quli”x9d haqqında da kitab yazmaq fikriniz varmı?

- “Lotu Quli”x9d barəsində kifayət qədər məlumat toplamışam. Mütləq onunla bağlı kitab yazmaq fikrindəyəm. Çünki 15 il müddətində nə edibsə, hadisələrin hamısını yazmışam, material hazırdır. Sadəcə, onun özündən kitab çıxartmaq üçün icazə almaq istəyirəm.

- Adətən avtoritetlər öldükdən sonra barələrində kitab yazılmasını istəyirlər, sağ ikən buna razı olmurlar...

- Bəli, mütləq şəkildə. Hələ 2002-ci ildə Sabirabadlı Hikmətlə qardaşının restoranında oturmuşduq. Dedim, “icazə verin sizin haqqınızda kitab yazım”x9d. Hikmət üç dəfə qulağını çəkdi. Dedi ki, “öləndən sonra yazarsan”x9d. Dəqiq bilmirəm. Yəqin “Lotu Quli”x9d də belə düşünür. Amma istənilən halda özündən soruşmalıyam.

- Bu sahədə kifayət qədər araşdırmalar aparan biri kimi necə düşünürsünüz, “Lotu Quli”x9dnin azadlığa çıxması nəyi dəyişəcək? Belə fikirlər var ki, “Rövşən Lənkəranski”x9dnin missiyasını, yəni Rusiyada azərbaycanlıların müdafiə olunmasını “Lotu Quli”x9d təmin edəcək.

- Yüz faizdir ki, “Lotu Quli”x9d azadlığa çıxdıqdan sonra Rusiya bazarlarında çalışan soydaşlarımızın vəziyyəti düzələcək. Hamıya məlumdur ki, “Lənkəranski”x9d öldürüldükdən sonra onları sıxışdırırdılar. Necə ki, “Yaponçik”x9d Amerikada məhbəsdə otura-otura rus mafiyasına nəzarət edirdi, “Lotu Quli”x9d də Azərbaycanda məhbəsdə otura-otura hər şeyə nəzarət edirdi. Azərbaycanlı avtoritetlərin hamısı “Lotu Quli”x9dnin sözü ilə oturub-durur.

- Nadir Səlifovun sənədləri də qaydasında deyildi. Azadlığa buraxılandan sonra SSRİ dövründə verilən pasportla sərhəddi keçməyə necə nail olub sizcə?

- Onun Gürcüstan pasportu var, köhnə olsa da. Özü də “vor zakon”x9d üçün sərhəddi keçmək problem deyil. Onlar hər vasitədən istifadə edirlər. Məşhur killerlər killeri deyilən Aleksandr Salonik “Matrosskaya Tişina”x9d kimi qapalı və qaçılması mümkün olmayan yerdən qaçıb İtaliyaya getmişdi. İtaliyadan İspaniyaya, oradan da Yunanıstana keçmişdi. Dediyim odur ki, “vor zakon”x9dların polis şöbələrində, prokurorluqlarda, hökumət içərisində də adamları var. Bu, bütün dünyada bilinən məsələdir. “Lotu Quli”x9d heç vaxt Azərbaycan vətəndaşlığını qəbul etməyib. O deyib ki, Gürcüstanda doğulduğu üçün azadlığa çıxan kimi ora gedəcək. Və getdi də...

- Bəli, vəkili də təsdiqlədi ki, Nadir Səlifov Gürcüstana gedib.

- Amma məndə olan məlumata görə, “Lotu Quli”x9d cəmi bir gün Gürcüstanda qala bilib. İkinci günü Gürcüstandan çıxarılıb. Çünki gürcü qanunları buna yol verməyib. Son məlumata görə, o, hazırda Türkiyədədir.


- Bəhram müəllim, oktyabrın 22-də Bakı-Astara-Bakı qatarının xüsusi təyinatlı vaqonunda paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədovun qaçması da ölkə gündəmini zəbt etdi. Onların qaçmasında “Lotu Quli”x9dnin izi olduğu bildirilir.
xa0
- Bu barədə nə isə deyə bilmərəm. Amma məndə olan məlumata görə, həmin iki nəfər bir neçə dəfə həmin vaqonda Bakıya gətirilib. Görünür, onları müşayiət edən “nadzorlar”x9da müəyyən qədər pul təklif ediblər. Yoxsa təqsirləndirilən şəxslərin pəncərəsində barmaqlıq olmayan vaqonda nə işi vardı?! Məhbusların daşındığı vaqonlar tamamilə qapalıdır. Onlar həmin qatarda 3-4 dəfə gedib-gəlib, hər şeyi ölçüb-biçiblər. Özləri altıguşəli açar düzəldib pəncərəni açaraq qaçıblar. Bu, artıq onların məharətidir. Amma həm də “nadzor”x9dların səhlənkarlığı və qeyri-peşəkarlığıdır.

- Bəs qaçışın təşkil edilməsində Penitensiar Xidmət əməkdaşlarının “əməyi”x9d görünürmü?

- Onlarınkı daha çox səhlənkarlıqdır. Və külli miqdarda pul almaları hiss edilir. Penitensiar Xidmətin rəis müavini, general Hüseyn Əlixanovun adı isə ona görə hallanır ki, gətirib məsuliyyətsiz qohumunu işə düzəldib. O da pulun xətrinə bu yola gedib. Pul verilməsə, “nadzor”x9dlar o qaçışa imkan verməzdilər. Bəlkə də nəzarətçilər heç pəncərədə barmaqlıq olub-olmadığına diqqət də etməyiblər. Amma istənilən halda qaçış baş tutub. Sonra nələr olacaq, bunu istintaqın gedişi müəyyən edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO