“Qurultaya qədər Aşıqlar Birliyi sıralarında ciddi dəyişikliklər ediləcək”x9d

“Qurultaya qədər Aşıqlar Birliyi sıralarında ciddi dəyişikliklər ediləcək”x9d

Hazırda oxunan: “Qurultaya qədər Aşıqlar Birliyi sıralarında ciddi dəyişikliklər ediləcək”x9d

130326
Moderator.az-ın suallarını Azərbaycan Aşıqlar Birliyinin yenicə təyin edilmiş sədri, əməkdar elm xadimi, professor, ədəbiyyatşünas, folklorşünas Məhərrəm Qasımlı cavablandırıb.xa0

- Məhərrəm müəllim, ilk öncə sizi Azərbaycan Aşıqlar Birliyinə sədr təyin edilməyiniz münasibətilə təbrik edirik. Və belə bir müqəddəs ocağa rəhbərlikdə, fəaliyyətinizdə sizə elə saz kimi uğurlar arzu edirik.xa0

- Çox sağ olun. Mən də Azərbaycan Aşıqlar Birliyinə diqqət ayırdığınız üçün sizə, təmsil etdiyiniz sayta ürəkdən təşəkkür edirəm. Doğrudan da saytınız fəaliyyətə başladığı ilk gündən Azərbaycanın milli-mənəvi dəyərlərinə, Azərbaycan mədəniyyətinə, o cümlədən də mənim mənsub olduğum saz, söz aləminə çox həssas və obyektiv münasibət bəsləyib və mən bunu qədrişünaslıqla söyləyirəm.

- Bilirik ki, siz sözə, saza, ədəbiyyata, folklorumuza bağlı insansınız və bu sahədə kifayət qədər fəaliyyətiniz olub. Ancaq bir məqam da var ki, sizdən əvvəl Aşıqlar Birliyinə Hüseyn Arif, Zəlimxan Yaqub kimi dəyərli ziyalılarımız rəhbərlik ediblər və onlardan sonra bu işi aparmaq əlbəttə ki, böyük məsuliyyət tələb edir. Belə bir məsuliyyətin öhdəsindən gəlmək çətin omayacaq ki?xa0

- Şübhəsiz ki, bu vəzifə məndən əvvəl çox böyük tarixi şəxsiyyətlərlə bağlı yadda qalıb. Xalq şairlərimiz Hüseyn Arif, Zəlimxan Yaqub Azərbaycanın mədəniyyət tarixində, mədəni həyatında misilsiz rol oynamış istedadlı şairlər, həm də böyük saz, söz xiridarları, sazın, sözün fədakar qoruyucuları, bu işin yenilməz təbliğatçıları olublar. Biz də bu günkü fəaliyyətimizdə xalq şairləri Hüseyn Arifin və Zəlimxan Yaqubun həyata keçirdikləri o tarixi missiyanı ləyaqətli şəkildə davam etdirməyə çalışırıq. Yəni, Məhərrəm Qasımlının davam etdirdiyi yol rəhmətlik Hüseyn Arifin və Zəlimxan Yaqubun başlatdığı yolun eynisidir. Bir milli metr olsa belə sağa, sola sapma ola bilməz və inşaallah olmayacaq da. Bizim missiyamız saza, aşığa, türk milli-mənəvi mədəniyyətinə, Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmətdir, bu missiyanı da yerinə yetirməyə çalışacağıq. Əlbəttə ki, bu, məsuliyyətli bir vəzifədir və düşünürəm ki, bu vəzifəyə mənim gəlməyimə Azərbaycan Aşıqlar Birliyinin idarə heyəti, Azərbaycan Mədəniyyət Nazirliyi saf niyyətlə, ürəkdən qol qoyublar, mənə inanıblar, güvəniblər və mən də o güvəni doğrultmağa çalışacağam. Şübhəsiz ki, bizə etimadın mərkəzində Azərbaycan dövləti, dövlətçiliyi durur. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji mədəniyyət siyasəti və o siyasəti bu gün uğurla davam etdirən hörmətli prezidentimiz İlham Əliyevin mədəniyyət sahəsində, ölkənin mənəvi həyatında yürütdüyü siyasət durur. Bu anlamda biz özümüzü həm çox arxalı, həm də çox məsuliyyətli, cavabdeh hiss edirik. xa0

- Azərbaycan Aşıqlar Birliyi hazırda fəaliyyətini necə qurub? Nə kimi yenilikilər, dəyişikliklər var, qarşıda nələr olacaq?xa0

- Onu deyim ki, fəaliyyətə başladığım müddətdə ilk geniş müsahibəni sizin saytınıza verirəm. İndiyə kimi heç kimə geniş müsahibə verməmişəm, düzdür, kiməsə qısa açıqlamalar vermişəm, amma belə geniş müsahibə ilk dəfə sizin saytda gedəcək və bu da saytınıza olan sayqımla bağlıdır. Azərbaycan Aşıqlar Birliyi indiyə qədər əlbəttə ki, çox böyük işlər görübdür. Biz də öz növbəmizdə bu istiqamətdə dəyərli işləri başlamaq fikrindəyik və demək olar ki, artıq başlamışıq. Fəaliyyətimizə başladığımız qısa vaxt ərzində bir çox layihələr hazırlanıb, layihələrin icraasına başlanıb və bununla bağlı KİV-lərə müəyyən qədər məlumatlar verilib. Azərbaycan Aşıqlar Birliyinə rəhbərlik etdiyim gündən bir çox məsələlərin üzərində xüsusi dayanmışıq. Onlardan birincisi müxtəlif istiqamətlər üzrə fəaliyyəti qurulacaq katibliyin yaradılması olubdur. İlk dəfə olaraq beynəlxalq əlaqələr üzrə, regionlarla iş üzrə, yaradıcılıq və ifaçılıq məsələləri üzrə, gənclərlə iş üzrə, təşkilati işlər üzrə katibliklər yaranması məsələsinə baxmışıq. Bununla yanaşı, mətbuat xidmətimiz də mətbuat katibliyi səviyyəsində fəaliyyətə başlayıb.xa0

Fəaliyyətə başladığım ilk həftədən böyük ustad aşığımız Aşıq Xanmusa Musayevin ziyarətinə getdim. Aşığımızın 97 yaşı var, Azərbaycanda yaşca ondan böyük aşıq yoxdur. Ən yaşlı aşığımızın ziyarətinə gedib ondan ustad xeyir-duası aldım, bayramını təbrik etdim, səhhəti ilə maraqlandım. Daha sonra böyük ustadımız, günümüzün canlı əfsənəsi Ədalət Nəsibovu da ziyarət etdim, onunla da bayramlaşdım, xeyir-duasını aldım. Bu müddət ərzində qocaman ustad aşıqlarımız, böyük sənətkarlar İsfəndiyar Rüstəmovun, Mahmud Məmmədovun yanında olmuşam, onların məsləhətlərini, tövsiyyələrini, xeyir-dualarını almışam. Eyni şəkildə də birinci müavinimiz Məhəmmədəli Məşədiyev xa0Gəncə, Kəlbəcər,Tovuz, Qazax, Ağstafa aşıqları ilə görüşüb. Qazaxda olduğu zaman ondan xahiş etdim ki, Borçalı aşıqlarına da baş çəksin və sağ olsun ki, gedib Borçalı aşıqları ilə böyük, möhtəşəm bir görüş keçirdi. Onların qayğıları, istəkləri, yaradıcılıq problemlərini öyrənib mənə məlumat verdi. Biz gələcəkdə onlarla bağlı işlər görəcəyik, soydaşlarımız başqa dövlətdə olsalar da sazlarını, sözlərini tək buraxmayacağıq. Bununla yanaşı regionlar üzrə katibimiz Ağamurad Şirvanlı da Şirvan bölgəsində ustad aşıqları ziyarət edib, səhhətləri, qayğıları ilə maraqlanıb. Məhəmmədəli müəllim də bölgələrdə olarkən yaşlı aşıqların hamısı ilə bir-bir görüşüb. Məsələn, Aşıq Şəhadət Gülməmmədovun 87 yaşı var, onun da yanında olub. Azərbaycanın hər yerindən aşıq sənəti ilə bağlı məlumatlar əldə etmişik, Naxçıvan Aşıqlar Birliyi ilə də telefon əlaqəsi saxlamışam, oradakı vəziyyət haqqında, sazımızın, sözümüzün sabahı ilə bağlı istək və arzuları ilə maraqlanmışam. Yəqin ki, yaxın aylarda Naxçıvanda da görüşlərimiz olacaq. xa0Gənc aşıqlarla, ustad aşıqlarla söhbətlərimiz baş tutacaq, perspektivləri düşünəcəyik. Kəlbəcər və Laçın bölgələrindən də aşıqlarımız var və o aşıqların qayğıları xüsusi diqqət tələb edir, onlara daha çox diqqət etməliyik. O anlamda Laçın və Kəlbəcər aşıqları ilə də ayrıca maraqlanmışıq, görüşlər keçirilib, istək və problemləri müzakirə olunub. Yavaş-yavaş bu işlərin icrasına başlayacağıq, bölgələrimizdə aşıq sənətinin inkişafı, xüsusən də gənc nəslin aşıq sənətinə meyl etməsi kimi məsələləri diqqətdə saxlayacağıq.xa0

Bunlarla yanaşı bir çox layihələr var ki, onları həyata keçirməliyik. Birincisi il ərzində ustad aşıqların yubileyinin qeyd edilməsi məsələsidir. xa0Hüseyn Cavanın və Hüseyn Saraclının 100 illiyidir, Aşıq Pənah Pənahovun 90 illiyidir. Bu yubileylər Goranboyda, Borçalıda, Salyanda, Bakıda yüksək səviyyədə keçirilməlidir. Bir də ciddi bir layihə üzərində dayanmışıq. Belə ki, günümüzün Ədalət Nəsibovdan Urfan Əliyə, Ulduz Quliyevadan Haşım Qubalıya qədər doqquz görkəmli ustad aşığın haqqında kitab hazırlanacaq. Kitablar günümüzün ustad aşıqları seriyasından çıxacaq və hər biri təqribən yüz səhifə həcmində olacaq. Həmin doqquz kitab bir qutuda cəmlənəcək və qutunun üzəri ornamentlə işlənəcək, içərisində isə hər bir aşığın adı görünəcək. Bu layihənin artıq icrasına başlamışıq, müəlliflər iş başındadır, sentyabr ayında iş tamamlanacaq və təqdimat mərasimi keçiriləcək. Məqsədimiz odur ki, günümüzün doqquz görkəmli aşığı həm tanınsın, həm də bir ərməğan kimi onların ömür və sənət yolu, yaradıcılıq axtarışları həmin kitablarda öz əksini tapsın. Bu çox ağır və zəhmətli işdir, bu il həyata keçirəcəyimiz ən güclü layihədir.xa0

- Səhv etmirəmsə son iki ildə aşıqların qurultayı keçirilməyib. Qarşıda qurultayla bağlı plan dururmu?xa0

- Aşıqların Qurultayı bu il keçirilməlidir, qarşıda qurultaya hazırlıq işləri durur. Düzdür, əslində qurultay bir-iki il əvvəl keçirilməliydi, ancaq xalq şairimiz Zəlimxan Yaqubun səhhəti ilə bağlı bu məsələlər ləngidi. Qurultaya qədər Aşıqlar Birliyi sıralarında ciddi dəyişikliklər ediləcək. Bir çoxu birliklə əlaqələrini kəsib, bir çoxu ümumiyyətlə bu sənətlə əlaqələrini kəsib, bura təsadüfi gəlib düşən adamlar da var və bunu sizdən gizlətmirəm. Bunları müəyyənləşdirmək və Aşıqlar Birliyinə yeni sağlam nəslin qəbulunu təşkil etmək üçün Azərbaycan Aşıqlar Birliyi üzvlərinin atestasiyası və qeydiyyata alınması prosesinə başlayırıq. İki-üç gündən sonra həmin atestasiyaya start veriləcək, atestasiya komisiyası ilə yanaşı bədii şura bunu həyata keçirəcək. Bu atestasiya indiki halda bizə ona görə lazımdır ki, qarşıdan gələn qurultaya sağlam birlik üzvləri heyəti ilə gedək. Yoldan keçən həvəskar, sürücü və yaxud başqaları Aşıqlar Birliyinin üzvü ola bilməz və onlar Aşıqlar Birliyinin taleyini həll edə bilməzlər. Aşıqlar Birliyinin Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, xa0Mahmud Məmmədov, Ulduz Quliyeva, Gülarə Azaflı, Mais Gəncəli, Fətulla Göyçəli kimi çox əzəmətli üzvləri var. Bu sənətkarlarla çiyin-çiyinə Aşıqlar Birliyinin vəsiqəsini daşıyan şəxslərin səviyyəsi də yüksək olmalıdır, məsuliyyət duymalıdırlar. Əvvəlki dönəmlərdə böyük bir boşlıq yarandı, xüsusən də Hüseyn Ariflə Zəlimxan Yaqub arasında. Hüseyn Arif 1990-cı ilin əvvəllərində rəhmətə getmişdi, Zəlimxan da 2008-ci ildə birliyə sədr gəldi. Həmin müddətdə Aşıqlar Birliyinin sıralarına çoxlu təsadüfi və uyğun olmayan adamlar doluşdular. Bu atestasiyada onlar aydın olacaq və sıralarımız təmizlənəcək, eləcə də istedadlı olanlar birliyin sıralarına qəbul ediləcəklər. Bir növ yarıtmazlar çıxdaş olunacaq, istedadlılar, layiqlilər isə onların yerini alacaq.xa0
Bu il həmçinin biz beynəlxalq Koroğlu festivalı keçirmək istəyirik. Mədəniyyət Nazirliyimizdən bununla bağlı kömək umuram və inanıram ki, nazirliyimiz o köməyi bizə göstərəcək.xa0

- Nəyə görə məhz Koroğlu festivalı?xa0

- Koroğlu bütün türk xalqlarında var, amma onun ana damarı Azərbaycandır. O səbədən də bu festivalı keçirmək haqqına ən çox Azərbaycan sahibdir. Ona görə məhz Koroğlu festivalı ki, bu gün Azərbaycan dövləti və dövlətçiliyinin bir nömrəli taleyüklü məsələsi əsarətdə olan torpaqlarımızın azad olunmasıdır. Qarşımızda o torpaqlar uğrunda mübarizə, gəncliyin qəhrəmanlıq şövqü və s. məsələlər durur. Ona görə də Azərbaycan dövlətinin yeritdiyi bugünkü siyasətə, ideoloji tələblərə uyğun olaraq xalqda qəhrəmanlıq ruhunu, yeni nəsildə igidlik, cəsurluq, vətənpərvərlik, dövlətçilik düşüncəsini gücləndirmək üçün bu beynəlxalq festivalın böyük rolu var. xa0Qoy dünya görsün ki, Azərbaycan Koroğlu duyğuları, düşüncələri ilə yaşayır. Koroğlu düşüncəsi yenilməzlik, qəhrəmanlıq, torpaqlarının, vətəninin bütövlüyü uğrunda mübarizə deməkdir. xa0O anlamda da bizim Koroğlu festivalına ev sahibliyi etməyimiz lazımdır, həm də dünya görsün ki, Koroğlunun vətəni yenə də Azərbaycandır. xa0xa0
xa0
- Məhərrəm müəllim, muğam da bizimdir, saz da bizimdir. Nədənsə muğamı dinləyəndə insan daha çox duyğulanır, qəmlənir, həzin düşüncələrə qərq olur. Ancaq saz havalarında əksinə olur, saz havaları insanda daha çox qələbə əzmi, ruh yüksəkliyi yaradır. Deyərdim ki, saz havaları, məsələn elə “Ruhani”x9d qələbə marşıdır. İstərdim ki, bir qədər bu barədə danışaq, bu fikrimdə haqlıyammı?

- Tariximiz boyu babalarımız qılıncı öz qollarının davamı biliblər, sazı isə ürəklərinin davamı. Qılınc türkün qolunun, saz da ürəyinin davamı olub. Ona görə də bizdə hər zaman hər yerdə qılıncla saz qoşa olub, bir-birinin bağrına sarılmış halda. Bu düşüncə bu gün də bizi tərk etməməlidir, bu gün də bizim qolumuzun davamı qılıncımız, döyüşən ordumuz, onun silahı, hərbi gücü, ürəyinin davamı isə yenə də saz olmalıdır. Azərbaycan milli-mənəvi varlığının, milli musiqi düşüncəsinin şah damarı olan saz. Düşünürəm ki, bizim möhtəşəm muğam sənətimiz də əzəmətli bir sənətdir, muğamda böyük bir enerji var. Amma muğam daha çox fəlsəfi düşüncə sistemidir, daha çox qayğılandırır və dərin fəlsəfi düşüncələrə aparır. Muğamda döyüş əzmi yoxdur, döyüşmək, vuruşmaq, mübarizə aparmaq əzmi sazdadır. Saz həmişə ayaqda durmaq, döyüşmək, irəliyə şığımaq və s. ilə bağlıdır. Sazın xüsusi qayışı da bundan xəbər verir, həmin qayış o deməkdir ki, sazı çiynindən asıb atın belində irəliyə doğru yürüyə bilirsən. Saz yürüş musiqi alətidir, digər musiqi alətlərinin heç birində bu özəllik yoxdur. Yadıma gəlir ki, 1990-cı illərin əvvəllərində Ağdərəyə Azərbaycan ordusunun tankları girirdi və tankların qabağında əli sazlı aşıqlar gedirdi. Həmin an elə bildim ki, Şah İsmayıl Xətainin ordusudur gedən, amma bizim milli ordumuz idi. Saz yeganə musiqi alətidir ki, silahlarla birgə hərəkət edə bilir. Şübhə etmirəm ki, günün birində Azərbaycan əsgəri Azərbaycan aşığı ilə birlikdə Şuşaya, Xankəndinə girəcək. Qarabağ torpaqlarının azad olunmasında öndə gedəcək. Bu sazın tarixi missiyasıdır, Şah ismayıl dövründə də, sonrakı zamanlarda da belə olub, bu gün də belə olmalıdır. Aşıq sənəti qədər dövlətçiliyə bağlı olan ikinci bir sənət sahəsi yoxdur. Heç bir sənətdə dövlətçiliyə bu qədər bağlılıq yoxdur. Şah İsmayıl Xətainin ordusu döyüşə çıxmamışdan öncə ordunun qabağında aşıqları oxuyurmuş və bundan sonra ordu savaş meydanına girirmiş. Həmçinin ordu ilə bərabər aşıqlar da özlərini savaş dəryasına vururmuşlar. Qədim aşıqların hərbi geyimə bənzəyən libasları səfəvi ordusunun geyimidir. Aşıqlar sonradan orduya, dövlətçiliyə məhəbbətin əlaməti olaraq həmin geyimi soyunmadılar, əyinlərində saxladılar. Bu mənada bir daha deyirəm ki, Azərbaycan aşıqları sazı, sözü ilə dövlətə bağlıdır, dövlətçilik aşıqlar üçün bir nömrəli məsələdir.xa0

Burada bir məsələni də qeyd etmək istəyirəm, yadda saxlamaq lazımdır ki, milli, mənəvi varlıq dövlətçiliyin şah damarıdır. Bu olmadan dövləti ayaqda saxlamaq mümkün deyil. Əsas şərt odur ki, sən milli, mənəvi dəyərlərinə söykənərək yaşayasan. Müstəqilliyimiz başlayandan sonra ulu öndər xa0Heydər Əliyev Dədə Qorqudun 1300 illiyi ilə bağlı beynəlxalq tədbir çağırdı. Dünyaya göstərdi ki, xa0Azərbaycan təkcə neftdən ibarət deyil, Azərbaycan həm də Dədə Qorquddan ibarətdir. Biz Dədə Qorqudumuzla möhtəşəmik, Dədə Qorqudun söykəndiyi Oğuz dövlətçiliyi bizim dövlətimizdir. Dünyaya mesaj idi ki, Azərbaycan təkcə iqtisadi həyatdan, neftdən, qazdan ibarət deyil, həm də möhtəşəm bir mədəni sistemin üzərindədir. Ulu öndər Dədə Qorqud ensiklopediyası hazırlatdırdı və onun baş məqaləsini də özü yazdı. Orda sərlövhə kimi qeyd etdi ki, “Milli varlığımızın mötəbər qaynağı”x9d. Bu, elə belə fikir deyildi, bu, Azərbaycan dövlətçiliyinin milli strategiyasını, onun üfüqlərini, hüdudlarını dəqiq şəkildə ifadə edir. Bizim milli varlığımızın ən mötəbər qaynağı Dədə Qorquddur və Dədə Qorqud da ozandır, aşıqdır, ən böyük ustaddır. O mənada biz dövlətçiliyimiz, milli, mənəvi dəyərlərimiz, vətəndaş cəmiyyətində tutduğumuz mövqeyimiz baxımdan Dədə Qorquda, aşıq sənətinə, ozan mədəniyyətinə borcluyuq və bunun da ən yaxşı nümunəsini bu günkü Azərbaycan dövləti verir.xa0

- Saz həm də müqəddəs alət hesab edilir, həmçinin saz səsini azan səsi ilə eyniləşdirirlər. Bu eyniləşdirmə sazı urvata mindirmək üçün düşünülüb, yoxsa ki, gerçəkdən də belədir?xa0

Ardı var...

Rumiyyə MİRASLANxa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO