Sosial ödənişlərlə bağlı RƏSMİ MƏLUMAT

Sosial ödənişlərlə bağlı RƏSMİ MƏLUMAT

Hazırda oxunan: Sosial ödənişlərlə bağlı RƏSMİ MƏLUMAT

625435

"2018-ci ilə nisbətən Fond tərəfindən daha optimal əməkdaş sayı ilə, daha az, lakin mərkəzləşdirilmiş struktur bölmələrlə daha böyük həcmli və əlçatan, operativ, şəffaf və uğurlu vətəndaşyönlü xidmət göstərilir".

Bizim.Media xəbər verir ki, bunu apa.az-a müsahibəsində Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev deyib.
 

O bildirib ki, 2018-ci ildə dövlət sosial ödənişlərinin illik həcmi 4 mlrd. manat civarında idisə, bu gün Fond dövlət adından bu istiqamətdə illik 11 milyard manata yaxın vəsaitin ödənilməsini təmin edir.


"Bununla belə, DSMF-nin fəaliyyətinin hədəfləri beynəlxalq qiymətləndirmələrə yönəlməyib, yəni əldə etdiyimiz nailiyyətlərin dəyəri təkcə beynəlxalq mükafat və təltiflərlə ölçülmür. Bizim üçün ən böyük mükafat xalqdan qazandığımız etimaddır.

Vətəndaşlar dövlət başçımızın tapşırıqları əsasında həyata keçirdiyimiz islahatların nəticəsini sosial rifahlarının yaxşılaşmasında hiss edirlərsə, ən böyük uğurumuz budur. Bu uğurun qlobal müstəvidə ən yaxşı beynəlxalq təcrübələrdən biri kimi tanınması isə bizə həm əlavə motivasiya verir, həm də üzərimizə böyük məsuliyyət qoyur", - sədr qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO