Baffet Qeytsin xeyriyyə fonduna 6 milyard dolları köçürməkdən imtina etdi

Baffet Qeytsin xeyriyyə fonduna 6 milyard dolları köçürməkdən imtina etdi

Hazırda oxunan: Baffet Qeytsin xeyriyyə fonduna 6 milyard dolları köçürməkdən imtina etdi

625446

ABŞ-ın ən böyük investorlarından biri, milyarder Uorren Baffet daha "Microsoft"un təsisçisi Bill Qeytsin xeyriyyə fonduna ianə etmək niyyətində olmadığını bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə iyulun 15-də Britaniyanın "Financial Times" (FT) qəzeti məlumat yayıb.

İş adamı "Gates Foundation" təşkilatını özünün illik ianələrinin alıcıları siyahısından çıxarıb. Beləliklə, Qeytsin xeyriyyə fondu 6 milyard dollar vəsaitdən məhrum olacaq.

Baffet səkkiz il ərzində bütün vəsaitlərini dörd ailə fonduna yönəltməyi planlaşdırdığını bildirib. Nəşrin məlumatına görə, Qeytsin təşkilatı, onun qalmaqallı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı silsilə ifşalardan sonra ianə alanlar siyahısından çıxarılıb.
 

95 yaşlı Baffetin Qeyts fondu ilə əməkdaşlıqdan imtinası barədə iyunun 30-da "The Wall Street Journal" qəzeti də məlumat vermişdi. Qeyd olunurdu ki, investor 20 il ərzində ilk dəfədir ki, "Microsoft"un təsisçisinin xeyriyyə fonduna müntəzəm ödənişini ləğv edib, çünki Qeytsin adı Epşteynin işi ilə bağlı qalmaqalda hallanır.


ABŞ prezidenti Donald Trampın onların açıqlanması haqqında qanun layihəsini 2025-ci il noyabrın 19-da imzalamasından sonra, 2025-ci il dekabrın 20-də "Epşteyn faylları" dərc olunmağa başlayıb.

ABŞ-ın keçmiş baş prokuroru Pem Bondi fevralın 14-də maliyyəçinin işi ilə bağlı fayllarda adı çəkilən 300-dən çox məşhur şəxsin siyahısını dərc edib. Mətndə ABŞ-ın 42-ci prezidenti Bill Klintonun, 46-cı dövlət başçısı Co Baydenin, "Microsoft" şirkətinin yaradıcılarından biri Bill Qeytsin, həmçinin müğənni Beyonsenin soyadlarının olduğu dəqiqləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO