"Arzum"un adından dələduzluq - Foto

"Arzum"un adından dələduzluq - Foto

Hazırda oxunan: "Arzum"un adından dələduzluq - Foto

625430

Ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda təqsirli bilinərək 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilən tiktoker İlduzə Hacıyevanın (Arzum) adından dələduzluq edilib.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə Arzum üçün guya yardım məqsədilə pul toplanıldığı ilə bağlı paylaşımlar yayılıb.

Bununla bağlı tiktokerin yaxınları açıqlama yayaraq həmin məlumatların həqiqəti əks etdirmədiyini bildiriblər.
 

"Bəzi səhifələrdə Arzum üçün pul yığılır deyə paylaşımlar edilir. Bu məlumat doğru deyil. Heç kim bu paylaşımlara inanmasın və heç bir hesaba pul köçürməsin. Elə bir şey yoxdur, inanmayın!" - deyə paylaşımda qeyd olunub.


Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb.

"Arzum 9999" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO