
- A-
- A
- A+
Putin İlham Əliyev haqda danışanda Azərbaycan folklorundan misal çəkdi - VİDEO
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş "Prezident. Təkrarsız diplomatiya" filmindəki müsahibəsində Azərbaycan atalar sözünü xatırladıb
Bizim.Media xəbər verir ki, Putin müsahibəsində deyib:
“Mən onu uzun illərdir tanıyıram. Yüksək vəzifə tutan hər bir ləyaqətli insan kimi, onun həyatının əsas məqsədi öz ölkəsini, Azərbaycan xalqını xöşbəxt görməkdir. Odur ki, ilk növbədə ona həyat məqsədlərini, həyat münasibətlərini reallaşdırmaqda uğurlu olmasını arzulayıram.
Səhv etmirəmsə Azərbaycan folklorunda belə bir atalar sözü var: "Əsl dost əsrlər sonra da dostdur”.
O, bilməlidir ki, onun Rusiyada da dostları var. Ümid edirəm ki, O da bizə, Rusiyaya bu hislərlə yanaşır. Ona hər şeyin hər şeyin ən yaxşısını arzulayıram və yubley münasibətilə təbrik edirəm!”.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































