İrandan Azərbaycana narkotik keçirmək istədilər – FOTO/VİDEO  

İrandan Azərbaycana narkotik keçirmək istədilər – FOTO/VİDEO  

Hazırda oxunan: İrandan Azərbaycana narkotik keçirmək istədilər – FOTO/VİDEO  
160751
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabr ayının 28-29-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin qüvvə və vasitələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. 

Bu barədə Bizim.Media-ya DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. 

Keçirilən tədbirlər nəticəsində Şirvanlı kəndi istiqamətində və Salyan reydində sənayə üsullu lövbərə bağlanılmış 2 ədəd kisədə ümumi çəkisi 21 kiloqram 660 qram оlаn nаrkоtik mаddə “marixuana” аşkаr olunub. 

Oktyabrın 15-də Xəzər dənizinin cənub istiqamətində İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana tütün məmulatlarının gətirilməsinin qarşısı alınıb və keçirilmiş tədbirlər nəticəsində Ələt reydində “Orta Daş” adası istiqamətində ümumillikdə 71 ədəd bağlamada (21300 ədəd “Marlboro”, 21800 ədəd “Kent”, 8798 ədəd “Parlament”, 17270 ədəd “Milano”) 69 168 ədəd siqaret aşkar edilərək götürülüb. 
Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. 
 


İrandan Azərbaycana narkotik keçirmək istədilər – FOTO/VİDEO   - foto 1
İrandan Azərbaycana narkotik keçirmək istədilər – FOTO/VİDEO   - foto 2
İrandan Azərbaycana narkotik keçirmək istədilər – FOTO/VİDEO   - foto 3
İrandan Azərbaycana narkotik keçirmək istədilər – FOTO/VİDEO   - foto 4
İrandan Azərbaycana narkotik keçirmək istədilər – FOTO/VİDEO   - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO