Məşhur türk serialı qayıdır -  VİDEO

Məşhur türk serialı qayıdır - VİDEO

Hazırda oxunan: Məşhur türk serialı qayıdır - VİDEO

33078

 

Moderator.az xəbər verir ki,Türkiyənin ən populyar seriallarından biri "Cocuklar duymasın" yenidən ekranlara qayıdır. 

Serialın yeni mövsümdə ilk seriyası sabah Türkiyənin FOX TV telekanalında nümayiş olunacaq.

Təqaüdə çıxmış Haluk şəhərin səs-küyündən uzaqlaşmaq üçün İstanbulun kənarında bağçalı, ikimərtəbəli ev satın alıb.

Meltem isə karyerasında irəliləyib, yüksək rütbəli menecerdir.

Gönül və Zero Tunanın da həyatlarında ciddi dəyişikliklər var.

Çalışdığı iş yerindən ayrılan Gönül də yenidən işləmək qərarına gəlmiş Halukla birlikdə restoran açırlar...

Rejissoru Bora Tekay, ssenari müəllifi Birol Güven olan serialda Tamer Karadağlı, Pınar Altuğ Atacan, Furkan Kızılay, Zeyno Gönenç, Volkan Severcan, Emel Müftüoğlu, Cem Emüler, Melek Şahin, Alpaslan Özmol, Şükrü Koruyucu və Emin Gümüşkaya çəkilirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO