Şuşada sərgi keçirildi - FOTO

Hazırda oxunan: Şuşada sərgi keçirildi - FOTO

27591

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ABŞ-da yaşayan istedadlı gənc rəssam Tokay Zamanın rəsm sərgisi təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, sərgidə ABŞ-da doğulan və yaşayan rəssamın qədim və müasir Azərbaycana, Şuşanın tarixinə və erməni işğalından azad olunmasına həsr etdiyi yağlı boya ilə çəkilmiş əsərləri nümayiş etdirilib.

Sərginin açılış mərasimində yerli ictimaiyyət nümayəndələri, Türkiyə, İsrail, Rusiya, Polşa, Yaponiya, Litva və digər ölkələrin media təmsilçiləri iştirak ediblər.

Tədbirdə bildirilib ki, bənzər tədbirlər Azərbaycan-ABŞ arasında mədəni körpü rolunu oynayır.

Gənc rəssam Şuşanın işğaldan azad olunmasına həsr etdiyi "Şuşa, sən azadsan!" adlı rəsm əsərini mədəniyyət paytaxtının rəsmi nümayəndəliyinə hədiyyə edib.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO