“Mədəniyyət Könüllüləri” İctimai Birliyindən maraqlı LAYİHƏ: “Zəfər səsi” – VİDEO 

Hazırda oxunan: “Mədəniyyət Könüllüləri” İctimai Birliyindən maraqlı LAYİHƏ: “Zəfər səsi” – VİDEO 

177230

“Mədəniyyət Könüllüləri” İctimai Birliyi “Zəfər səsi” adlı yeni musiqili layihə təqdim edib.

Bizim.Media xəbər verir ki, layihə Azərbaycan Ordusunun əldə etdiyi Zəfərə həsr edilib. 

Azərbaycan dövlətinin uğurlu xarici siyasəti, Ali Baş Komandanın düzgün və sərrast strategiyası nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi əsas süjet xəttini təşkil edir. Dünya tarixinə yeniliklər bəxş edən Azərbaycanın zəfər səsi poetik dildə tərənnüm edilir.
Layihənin məqsədi xalqımızın Dəmir Yumruq kimi birləşərək Qələbə sevinci, vətən sevgisi və zəfər səsini musiqi və video vasitəsilə izləyicilərə bir daha aşılamaqdır. 

“Zəfər səsi” kompozisiyasının musiqisi Ülviyyə Bəbirliyə, sözləri Cavid Şahbazbəyova, aranjimanı isə Bəbir Bəbirliyə məxsusdur. 

Layihədə vokal ifaçıları İlkin Dövlətov, Kənan Qədimov, Ülkər Əliyeva, Cəmilə Həşimova, Orxan Hüseynli, Sübhan Məmmədzadə, Könül Kərimova, Aytən Orucəliyeva, tar ifaçısı İbrahim Babayev, tütək ifaçısı Nicat Məsimov, zərb alətləri ifaçıları “Amarok” ritm qrupu - Ramil Cahangirov və gitara ifaçısı Taleh Qəhrəmanov iştirak ediblər. 

Klip rejissor Emil Babayev, operator və montajçı Babak Pourfard tərəfindən ərsəyə gəlib.

Videoçarxın çəkilişi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutub.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO