Elçinin “Qatil”x9di ifşa olundu  - FOTOLAR

Elçinin “Qatil”x9di ifşa olundu - FOTOLAR

Hazırda oxunan: Elçinin “Qatil”x9di ifşa olundu - FOTOLAR

101977
Nizami Kino Mərkəzində xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında lentə alınan “Qatil”x9d bədii filminin təqdimat mərasimi keçirilib.
 
Publika.az xəbər verir ki, təqdimat mərasimində tanınmış kino və mədəniyyət nümayəndələri iştirak edib.
 
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, və filmin ssenari müəllifi, baş nazirin müavini Elçin Əfəndiyev də iştirak edib.
 
Film haqqında danışan E.Əfəndiyev bildirib ki, bu əsərə dəfələrlə tamaşalar hazırlanıb, amma film çəkilməyib. “İlk dəfədir ki, “Qatil”x9d haqqında film çəkilir. Mən də sizinlə birlikdə ilk dəfə baxacam. Ümid edirəm ki, xoşumuza gələcək”x9d, - ssenari müəllifi əlavə edib.
 
Nümayişdən öncə, film haqqında məlumat verilib.
 
Qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film C.Cabbarlı adına “Azərbaycanfilm”x9d kinostudiyasında Finlandiyanın “Black and White Studio”x9d, Gürcüstanın “Studio 33A”x9d və “Vars Studio”x9d şirkətlərinin iştirakı ilə istehsal olunub.
 
Psixoloji dram janrında çəkilən yeni ekran əsərinin ssenari müəllifi xalq yazıçısı Elçin, rejissorq  Kamran Şahmərdan, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.
 
Filmdə baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırırlar.
 
Sonda film nümayiş olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO