İsmayıllı-Basqal yolunda DYP əməkdaşı vətəndaşın köməyinə çatıb.
Bunu Eldar Kərimov adlı izləyici öz sosial şəbəkə hesabında yazıb. Bildirib ki, avtomobilin təkərində nasazlıq yaranıb. Yaxınlıqda xidmət aparan 99-YP-813 dövlət nömrə nişanlı, patrulı avtomobilində olan inspektor Elnur Əliyev ona köməklik edib.
Polis əməkdaşı avtomobilin təkərinin dəyişməsinə köməklik göstərib.
Vətəndaş Daxili İşlər Nazriliyinə və yol polisi əməkdaşına təşəkkürünü bildirib.


































































































