Kürdəmirdə ağzında böyük dişləri olan körpə dünyaya gəlib-FOTOLAR

Kürdəmirdə ağzında böyük dişləri olan körpə dünyaya gəlib-FOTOLAR

Hazırda oxunan: Kürdəmirdə ağzında böyük dişləri olan körpə dünyaya gəlib-FOTOLAR

51667
Kürdəmir rayonunda yenicə dünyaya gələn körpənin ağzında böyük dişlər aşkarlanıb. Gənc ailənin ilk uşağı Əfsanə Mahmudova bir neçə gün əvvəl Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsində dünyaya gəlib. Doğulduğu gündən ağzında dişləri olan körpə tibb işçiləri və rayon sakinlərinin marağına səbəb olub.

Uşağın nənəsi Lətifə Mahmudova birinci dəfədir ki, belə hadisə ilə rastlaşdığını deyib. Onun sözlərinə görə, balaca Əfsanə tam sağlam olsa da, doğulan gündən gecə-gündüz ağlayır və çox narahat görünür: “Hamı onun ağlamasını və narahat olmasını dişlərinin vaxtından əvvəl çıxması ilə əlaqələndirir”.

Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının pediatrı Xosrov Qasımov bildirib ki, bu cür anormal hallara yeni doğulan hər 1500-2000 uşaqda rast gəlmək olar: “Əgər uşaq qidalanan zaman onun dişləri ana üçün narahatlıq yaradırsa, dişləri çıxartmaq lazımdır. Narahatçılıq yoxdursa, dişləri saxlamaq olar”.
Kürdəmirdə ağzında böyük dişləri olan körpə dünyaya gəlib-FOTOLAR Kürdəmirdə ağzında böyük dişləri olan körpə dünyaya gəlib-FOTOLAR Kürdəmirdə ağzında böyük dişləri olan körpə dünyaya gəlib-FOTOLAR Kürdəmirdə ağzında böyük dişləri olan körpə dünyaya gəlib-FOTOLAR
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO