Yanmış qadını balıq dərisi ilə sağaltdılar - İNANILMAZ- FOTOLAR

Yanmış qadını balıq dərisi ilə sağaltdılar - İNANILMAZ- FOTOLAR

Hazırda oxunan: Yanmış qadını balıq dərisi ilə sağaltdılar - İNANILMAZ- FOTOLAR

162364

Moderator.az xəbər verir ki, Braziliyada ikinci dərəcəli yanıqları olan qadını sağaltmaq üçün alternativ üsuldan istifadə edən həkimlər tibb tarixində bir ilkə imza atıb. Üzü, qolları və boynu yanmış qadına həkimlər 20 günlük balıq müalicəsi tətbiq ediblər, müalicə uğurlu alındıqdan sonra isə daha 50 xəstəni bu şəkildə müalicə ediblər.xa0

Braziliyalı həkimlər bu yanıq müalicəsində Tilapia balığının dərisini istifadə ediblər. Belə ki, Silva adlı xəstənin boynunda, qollarında və üzündə olan ikinci dərəcəli xa0yanıqlara xa0həkimlər tilapia balığının dərisi büküblər. Bu balığın dərisi çox qısa müddət ərzində yanıqları saqaldıb.

İş yerində keçirdiyi bir qəza nəticəsində üzü və əlləri yanan Maria Ines Candido da Silva həkimlərin bu alternativ müalicə üsulunu məhz onun üzərində sınaqdan keçirməsinə icazə verib və qadının yanmış nahiyələri Tilapia balıq dərisi ilə örtülüb. xa020 gün ərzində bədəni örtülən qadının üstündəki balıq dəriləri tez-tez dəyişdirilib. Müalicə müddətində heç bir ağrı hiss etmədiyini deyən qadın bu dərilərin yanıqları sərinlətdiyini və rahatladığını əlavə edib. Müalicədən sonra həkimlər vazelin istifadə edərək balıq dərisini dəridən ayırıb.

Bəs niyə məhz bu balıq?

Həkimlərin dediyinə görə, məhz Tilapianın seçilməsinin səbəbi balığın Braziliyada xəstəliklərə ən dözümlü şirin su balığı olmasıdır. Araşdırma zamanı Tilapia dərisində ideal miqdarda kollagen və yüksək dərəcədə rütubət olduğu aydın olub. Yəni dərinin quruması uzun zaman çəkir. Bu xüsusiyyətlər yanığın sağalma prosesini sürətləndirir və xəstələri lazımi proteinlərlə təmin edir.

Yanıkları









Zəhra
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO