Azər Axşamın ölüm xəbəri yayıldı – VİDEO

Azər Axşamın ölüm xəbəri yayıldı – VİDEO

Hazırda oxunan: Azər Axşamın ölüm xəbəri yayıldı – VİDEO

630329

Aparıcı-aktyor Azər Axşamın (Şabanov) ölüm xəbəri yayılıb.

Bizim.Media xəbər verir ki, Azər Axşam bu barədə sosial şəbəkə hesabında videomüraciət yayıb.
 

“Çox maraqlıdır ki, bu xəbərləri kim yayır və onların qazancı nə olur? Allah onlara hidayət versin. Bu gün bir jurnalist xanım zəng edib dedi ki, “Azər müəllim, yenə sizin ölüm xəbəriniz yayılıb”.


Dedim ki, bu, artıq neçənci dəfədir, barəmdə belə xəbər yayılır. Həm də bu, təkcə mənimlə bağlı deyil.

Bir sıra sənətçilərlə bağlı da belə xəbərlər yayılır. Demək istəyirəm ki, hər şey yaxşıdır. Canı verən də, alan da Allahdır. Hər kəsə can sağlığı arzulayıram”, - deyə aktyor bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO