Murad Arif ilə Orxan Zeynallının klipi izlənmə rekordu qırıb - VİDEO

Murad Arif ilə Orxan Zeynallının klipi izlənmə rekordu qırıb - VİDEO

Hazırda oxunan: Murad Arif ilə Orxan Zeynallının klipi izlənmə rekordu qırıb - VİDEO
607153
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bəstəkar Murad Arifin repçi Orxan Zeynallı ilə birgə təqdim etdiyi “Üzr” layihəsi yayımlandıqdan sonra böyük maraqla qarşılanıb.

Bizim.Media “musavat.com”a istinadla xəbər verir ki, sözləri və musiqisi Murad Arifə məxsus olan, Orxan Zeynallının rep hissəsi ilə tamamlanan trek üçün çəkilən videoklip qısa müddətdə rekord baxış sayı toplayıb.

Ekran işi 1 həftəyə 600 mindən çox  izlənib. Layihə həm “YouTube” platformasında, həm də digər rəqəmsal musiqi platformalarında geniş auditoriyaya çatıb.

Klipin rejissoru Delee, ssenari müəllifi isə Murad Arifdir. Ekran işində Azərbaycanın Xalq artisti Səidə Quliyeva baş rolda çıxış edir. Onun emosional və təsirli oyunu tamaşaçılar tərəfindən xüsusi qeyd olunub.
 

Süjet xətti gündəlik həyatın xaosu fonunda ailə dəyərləri və insan münasibətlərinə diqqət çəkir. Klipdə hər gün övladından xəbər gözləyən ana obrazı ilə yanaşı, paralel inkişaf edən dramatik hadisələr təqdim olunur.


“Üzr” layihəsi sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. İzləyicilər minlərlə şərh yazaraq həm musiqini, həm də klipi yüksək qiymətləndiriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO