Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı mərhum anası Ofeliya Baxşəliyeva bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, aparıcı anasının ölüm ildönümü olduğunu bildirib:
“Ana... Bu gün sənin bu dünyadan köçməyinin bir ili tamam olur. Bu bir il həyatımın ən ağır, ən uzun ili oldu. Heç vaxt inanmazdım ki, sənsiz bir dəqiqə belə yaşaya bilərəm... Amma demək ki, insan "olmaz" dediyi hər şeylə üzləşirmiş.
"Onsuz yaşaya bilmərəm" dediklərindən sonra da yaşayırmış... Bəli, mən də yaşayıram, anacan... Amma sənsiz. Və inan, bir an belə səni unutmadım.
Evimin hər küncü sənin xatirələrinlə doludur - səsin, qoxun, baxışın hələ də mənimlədir... Sənsiz keçən hər anım qaranlıq bir gecəyə bənzəyir. Amma o zülmətin içində belə, sənin duaların mənə yol göstərir, məni irəli aparır, işıq olur. Deyirlər, "Ana gedər, amma onun sevgisi heç vaxt ölməz." Mən də bunu hər gün hiss edirəm... Sən yoxsan, amma sevgin hər yerdədir ürəyimdə, nəfəsimdə, həyatımda... Daim mənimlə ol, nur üzlüm, Məkanın cənnət olsun, ruhun şad olsun, anacan”.
Bizim.Media

































































































