Alla və Maksimin 1 milyardlıq qəsrləri əllərindən alınır? – FOTO/VİDEO 

Hazırda oxunan: Alla və Maksimin 1 milyardlıq qəsrləri əllərindən alınır? – FOTO/VİDEO 

178865

Rusiya Dövlət Duması Daxili İşlər Nazirliyini ölkənin Xalq artisti Alla Barisovna Puqaçova və həyat yoldaşı, yumorist Maksim Qalkinin sahib olduğu qəsrinin xarici agentlərin əmlakının müsadirə edilməsi haqqında yeni qanuna əsasən yoxlamağa çağırıb. 

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, “Qryaz” kəndindəki dəyəri təxminən bir milyard rubl olan (təxminən 1,8 milyon manat) saray, həm də Maksim Qalkinin adına rəsmiləşdirilib. 

Bu səbəbdən də onu satmaq alınmayıb. Son səfərində Puqaçova qəsrdə qalıb. Lakin digər vaxtlarda saray boş qalır.

Buna görə də yeni qanunun qəbulundan sonra Dövlət Duması, ilk növbədə, ölkəsində “xarici agent” statusu qazanan komediyaçının daşınmaz əmlakının, ordu haqqında saxtakarlığa görə müsadirə edilməsi məsələsinə baxmağı təklif edib. 
Bununla bağlı “Life” kanalına deputat Dmitri Qusev məlumat verib. Onun sözlərinə görə, Qalkin və Puqaçova çoxdan öz xalqının əleyhinə gedirlər. Onun fikrincə, Primadonna təkcə qaladan yox, “Xalq artisti” fəxri adından da məhrum edilməlidir. 
 





Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO