“Nərgiz” dərgisindən Arzu Əliyevanın doğum günü ilə bağlı PAYLAŞIM – VİDEO 

“Nərgiz” dərgisindən Arzu Əliyevanın doğum günü ilə bağlı PAYLAŞIM – VİDEO 

Hazırda oxunan: “Nərgiz” dərgisindən Arzu Əliyevanın doğum günü ilə bağlı PAYLAŞIM – VİDEO 

174725

Bu gün Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın doğum günüdür.  

Bizim.Media xəbər verir ki, Arzu xanımın ad günü ilə bağlı “Nərgiz” dərgisi sosial şəbəkə hesabında diqqət çəkən paylaşım edib. 

A.Əliyevanın görüntülərindən ibarət videoçarx hazırlayan dərgi onu 35 yaşının tamam olması münasibəti ilə təbrik edib: 

“İstedadlı Arzu Əliyevanın ad gününü təbrik edirik. Prodüser, rejissor və ictimai fəal kimi qazandığınız nailiyyətlər hərkəs üçün əsl ruhlandırıcı xarakter daşıyır. Gününüzün layiq olduğunuz sevinclə, yaradıcılıq və uğurlarla dolu keçməyini arzu edirik. Daha bir inanılmaz, yeni yaşa doğru. 35 yaşınız mübarək!”  

Qeyd edək ki, Arzu Əliyeva 1989-cu il 23 yanvar tarixində Bakı şəhərində anadan olub. Orta təhsilini 1995-2006-cı illərdə Bakıda 160 saylı məktəbdə, ali təhsilini isə İsveçrədə və Böyük Britaniyada alıb. 2011-ci il sentyabrın 3-də azərbaycanlı iş adamı Səməd Qurbanovla ailə həyatı qurub. İki övladı var. 
Bizim.Media kollektivi olaraq, Arzu Əliyevanı doğum günü münasibəti ilə təbrik edir, fəaliyyətində müvəffəqiyyətlər və can sağlığı arzu edirik. 
 




Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO