Abbas: “İşə gedəndə oğlumu da özümlə aparmaq istəyirəm” - VİDEO 

Abbas: “İşə gedəndə oğlumu da özümlə aparmaq istəyirəm” - VİDEO 

Hazırda oxunan: Abbas: “İşə gedəndə oğlumu da özümlə aparmaq istəyirəm” - VİDEO 
160879
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bütün dünyada tüğyan edən koronavirus pandemiyası böyük bir faciə idi. Amma bu pandemiya mənə fürsət verdi ki, uşaqlarıma daha çox zaman ayırım”.   

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov qonaq olduğu “Günaydın, Azərbaycan!” səhər şousunda deyib.   

Sənətçi bildirib ki, koronavirus pandemiyası onu ailəsinə xüsusilə övladlarına çox bağlayıb:

“Mən bu günə kimi övladlarım olmadan qala bilmirəm. Az qala işə gedəndə (toyları və el şənliklərini nəzərdə tutur –red.) onları özümlə aparım. Oğlum deyir ki, “ata, biraz böyüyəndən sonra mən də səninlə birlikdə işinə gedəcəyəm” (gülür)”.   

Qeyd edək ki, A.Bağırovun ikinci nikahdan Murad və Raul adlı oğulları dünyaya gəlib. Sənətçinin ilk evliliyindən isə bir qız övladı var.  
 

Rəşad Əliyev, Bizim.Media
 
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO