
- A-
- A
- A+
Köşə
12:38 / 01.05.2019
11 dəq oxunma
“Sözümün canı ondadır ki,xa0 Xalq Hərəkatının maddi bəhrəsini oliqarxlar yeyir…”
Hazırda oxunan: “Sözümün canı ondadır ki,xa0 Xalq Hərəkatının maddi bəhrəsini oliqarxlar yeyir…”
269090
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bir müddət öncə bəndənizinxa0xa0“Azərbaycanda xalq hərəkatı yox, oliqarx hərəkatı olub və var…” (//www.moderator.az/news/267186.htmlxa0)xa0başlıqlı köşə yazısının əksəriyyət tərəfindən tələsik, təhlil olunmadan oxunmuş cəmi 3 cümləsixa0 1988-1992-ci illərdəki proseslərin fəal iştirakçısı olmuş bir sıra insanların qəlbinə toxunub.xa0 Xüsusən, həm müstəqilliyimiz, həm də ərazi bütövlüyümüz uğrundakı mübarizədə böyük mərhumiyyətlərə məruz qalmış, bu yaxınlarda qardaşını da itirmiş(Allah rəhmət eləsin!)xa0 Qarabağ qazisi, keçmiş tabor komandiri, hazırda məcburi köçkün müəllim Vaqif Əlisoyun telefondaxa0 söylədiyi kövrək fikirlər çox təsirli oldu…xa0 Elə həmin yazının sonundakı qeydimdə oradakı fikirlərin geniş şərhini yazacağıma söz verdiyimdən dəyərli oxucuları bir daha bu mövzuda narahat etməli oluram. Xahiş edirəm, diqqətlə oxuyun və yenə də öz fikirlərinizi bildirin…xa0xa0
***
Öncə bildirim ki,xa0 bəhs edilənxa0 kiçik tezis- yazının 3-cü, yəni sonuncu cümləsindəxa0 Hərəkat iştirakçılarına xitabən demişəm:xa0 “Allah həmin Hərəkatda ixlaslı, səmimi mübarizə apararaq gerçəkdən xalq, Vətən yolunda həlak olmuş oğul-qızlarımıza rəhmət etsin, sağ qalanlara qüvvət versin…”xa0xa0
İkincisi, bilməyənlər bilsin ki,xa0 bəndəniz də müzakirə obyektimiz olan Hərəkatın meydanlarında, səngərlərində, zindanlarında az-çox və heç bir təmənna, hakimiyyət, vəzifə güdmədən əziyyət çəkənlərdəndir. Bunun sübutu onun bu günkü gerçək gün-güzəranıdır...xa0
***
Tərif üçün yox, fakt üçün deyirəm.xa0 Bu gün nazirliklərimiz, icra hakimiyyətlərimiz və s. üzərində dalğalanan Azərbaycan bayrağı üstündə mübahisə etdiyimxa0 işğalçı sovet ordusu əsgərlərinin fitvasıylaxa0 Azərbaycan milisi tərəfindən sutkalarla həbsə məhkum edilmişəm... 1988-ci ilin noyabrında ardıcıl 10 gecə Meydanda qalmışam... Vəxa0 təbii ki, bu cür, bundan çox zəhmət çəkən yüz minlərimiz var...
***
Mərhum Elçibəyin yaxın qohumu və cangüdəni, dəfələrlə çörək kəsdiyimiz, dərdləşdiyimiz, birgə tədbirlərə qatıldığımızxa0 Mərdan bəy bəndənizi hələ tələbəlik illərindən yaxşı tanıyır və hansı xarakterə malik olduğumu gözəl bilir. Hərəkat liderlərindən İsa Qəmbərlə jurnalist kimi, Arif Paşa iləxa0 həm yazar, həm dost kimi yaxın ünsiyyətimiz olub. Sonra da İsgəndər Həmidov, Vaqif Əlisoyla da yaxın tanışlığımız yaranıb.xa0 Onlarla Bakıda,xa0 Əbülfəz bəyinxa0 özü ilə isə 1994-cü ildə Kələkidə xalq hərəkatı, Qarabağ, hakimiyyət və digər mövzularda xeyli söhbətlərimiz, müsahibələrimiz olub. İqtidarın keçmiş və indiki nümayəndələri arasında daxa0 ünsiyyətdə olduğum adamlar xeylidir. Yəni bu günədək istər o vaxtkı Hərəkat, istərsə də indiki hakimiyyət dairəsində, ən azı, bölgə səviyyəsində önə çıxmaq, vəzifəyə, karyeraya, var-dövlətə yiyələnmək üçün yetərli qədər şanslarım da olub.xa0 Amma bu günədək heç bir kəsi, heç bir partiya, cəmiyyət və hərəkatı ideallaşdırmaq, bütləşdirmək, onların diqtəsi ilə hərəkət etmək tərəfdarı olmamışam. Bunları sadalamaqda məqsədim odur ki, bu və əvvəlki yazılarımda söylədiyim fikirlər boşundan və yaxud kiminsə, hansı qrupunsa sifarişi ilə yaranmayıb, hamısı - Allaha inancım vəxa0 mövcud iqtisadi-siyasi gerçəklik işığında zehnimdə apardığım özəl təhlillərimin məhsuludur...
***
1988-ci ildən bərikixa0 proseslərə qatılmışxa0 yüz minlərdən biri kimixa0 zəhmətkeş, halal hərəkat öndərləri və sadə iştirakçılara,xa0 eləcə də bütün belə vətəndaşlara öz kiçik zəhmətimi halal edirəm. Amma bu günxa0 üçrəngli bayrağımız, gerbimiz altındaxa0 min hoqqalardan çıxıb ölkənin milyonlarını, sərvətlərini talayan “demokrat” oliqarxlara Meydandakı bir “Azadlıq”, “Qarabağ” hayqırtımı da, ermənilərlə üzbəüz sərhədlərimizdəki, səngərlərimizdəki bircə anlıq duruşumu da halal etmirəm... Bilirəm ki, çoxunuz da bu düşüncədəsiniz...xa0
***
Soydaşlar, qardaşlar, o yazımdakı başlığı da, o 3 cümləni də meydana çıxaran məhz bu müştərək yanğımızdır. Elə sözümün canı da ondadır ki, bizim o hərəkatdakı, meydanlardakı, səngərlərdəki zəhmətimizin, əziyyətimizin maddi-siyasi bəhrəsini transmilli super oliqarxlar və onların ölkəmizdəki nökərləri olan anti-milli bala oliqarxlar yeyib və yeyir.xa0 O dövrdə Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı uğrundaxa0 səmimi, təmənnasız mübarizə aparan insanlara qalan isə çağdaş dünyanın, o cümlədən Qərbin ən arxa plana atdığı mənəvi-ideoloji bəhrədir. Yəni,xa0 beynəlxalq sənədlərdəki hüquqi müstəqilliyimiz,xa0 milli ordumuz, himnimiz, qerbimiz, konstitusiyamız, milli manatımızın və s. varlığı...xa0
***
Bu gün bizim üçün azadlıq uğrunda mübarizəmizin nəticəsi olan milli dövlətçilik atributları, milli dəyərlər qürur mənbəyidirsə, oliqarxlar, korrupsioner məmurlar üçün bir şirmadır, bir vasitədir. Yəni belələri üçün fərqi yoxdur, Azərbaycan müstəqil olsun, ya olmasın, Bakı, ya Moskvaya tabe olsun, ya Londona, Təl-Əvivə, yaxud Vaşinqtona. Təki, onların yeyib-dağıtmaq, varlanmaq azadlığı təmin edilsin. Sabah, min ağac iraq, Bakıda rus İvanov, hətta erməni Köçəryan hakimiyyətdə olsa və eyni şəraiti yaratsa, bu manqurt, anti-milli “elita” onlara da baş əyib, yaltaqlanıb yeyib-dağıtmaqlarını davam etdirəcək...xa0 Dünənki “KQB”-partiya sisteminin “şinelindən çıxmış”xa0 bu günkü iri və orta oliqarxlar özləri və ya ata-babaları 30 il öncəki hərəkata yüksək səviyyədə dəstək verməklə məhz indiki rüşvət almaq, dövlət büdcəsini korrupsiya yolu ilə talamaq azadlıqlarını düşünüblər... Dünən Moskvanın, Mərkəzi Komitənin, “NKVD”-nin, “KQB”-nin qorxusundan sərbəst, azad şəkildə rüşvətxorluq edib, xalqı talayıb neçə-neçə avtomobil, ev ala bilməyənlər, villa yapa bilməyənlər, dollara belə qorxa-qorxa toxunanlar müstəqillik əldə edildikdən sonra bütün bunlara, yəni şəxsi nəfslərinə azadlıq qazandılar, üstəlik, xarici ölkələrdə banklarda hesab, villa, şirkət, otel, ada və s. sahibi oldular. Nələr getdi, nələr daşındı,xa0 nələr talandı bu 28 ildə? Elə yalnız keçmiş MTN-çi oliqarxların ölkədən talayıb daşıdığı yüz milyonları, bəlkə də milyardları misal çəkmək kifayətdir. Sovet dövründə Azərbaycanın hər hansı təhlükəsizlik və ya hüquq-mühafizə qurumunun rəhbəri buxa0 məbləğdə yeyinti edə bilərdimi?.. Amma bu niyyətdə olanlar müstəqillik dövründə yaranmış şəraitdən məharətlə yararlandılar. Hərəkatın səmimi, təmənnasız, həm də fəal iştirakçılarıysa malik olduqları peşə, ixtisas üzrə işləyib ala bildikləri halal, amma cüzi maaşla heç bir koma da tikə bilmədilər özlərinə, heç bəzilərinə siyasi mövqeyinə görə adi sürücülük, mühafizəçi işi də verilmədi, xaricdə iş axtarmağa məcbur oldular... Bax, bunlardır, bizləri, bəndənizi yandıran...xa0
***
Yəni, həqiri-bəndəniz əsla bu Hərəkatda saf, dürüst savaş aparmış hər hansı liderin arxasında hansısa oliqarxın dayandığını demək istəməmişəm...
***
Bəlkə milli azadlıq, müstəqillik, Qarabağ uğrunda təmənnasız mübarizə aparmış, sınmamış hansısa liderin və ya sıravi Meydan hərəkatçısının yuxarılara, oliqarxlara yarınmadan, daxildən və ya xaricdən qrant almadan, haram yollara qurşanmadan Vətənində maddi cəhətdən rahat, xoşbəxt həyat sürməsinə misal çəkəsiniz?..
***
Doğrudur, Allaha inanc, dinimiz, Qurani-Kərim baxımından yanaşdıqda əgər Vətən uğrunda təmənnasız zəhmət çəkmişiksə, onun nəticə və bəhrələrini də yalnız mənəvi baxımdan dəyərləndirməli və buna heyfsilənmədən “təki Allah bilsin, bəndə bilməsə də olar” deməliyik. Amma axı biz, ailəmiz, ata-anamız, övladlarımız bu dünyada da, ən azı, elementar həyat vasitələrinə sahib olaraq yaşamağı haqq edirik və həmin haqqımızı tələb etməliyik, bunun üçün mübarizə aparmalıyıq. Odur ki, dünyəvi, siyasi baxımdan yanaşdıqda sual olunur: niyə yüz minlərin, milyonların əziyyətinin bəhrəsinixa0 tamahkarlar, özü də əclaf, anti-milli harın qurdlar rahatca həzmi-rabedən keçirməlidir...
***xa0
O da var ki, Allah, dinimiz baxımından yanaşdıqda hərəkatın bu nəticələrə varmasında özümüzün də kifayət qədər günahı olub. Görünür, çoxumuz gərəyincə təmənnasız, ixlaslı, səmimi olmamışıq. Yumşaqlıq gərək olan yerdə radikallıq, kəskinlik lazım olan yerdə loyallıq, mərhəmət göstərmişik. Qarabağın, Azərbaycanın taleyi həll edildyi ən gərgin vaxtlarda erməni işğalına qarşı müəyyən uğurlar əldə etmiş siyasi hakimiyyətlə ortaq məxrəcə gələrək xalqın bütün gücünü imperiyalara, işğalçılara qarşı yönəltmək əvəzinə, Qərbin körüklədiyi xalq inqilabı” eyforiyası altında həmin hakimiyyəti nə yolla olursa-olsun yıxmağa tələsmişik.xa0 Bəzən ad qazanmaq, posta, vəzifəyə, mandata yiyələnmək uğrunda mübarizədə biri-birimizin haqqını tapdamış, şöhrətpərəstlik, təkəbbürlülük nümayiş etdirmişik...xa0
***
Çoxumuz sovet dövründə İslamdan uzaq olduğumuzdan halal-haram bilməmişik, nə gəldi yeyib-içmişiik.xa0 İstər siyasi, istər hərbi döyüş meydanınaxa0 “Allahu Əkbər!” “Ya Allah!” deyərək yox,xa0 rus “vodka”sını, erməninin tut arağını başımıza çəkərək getmişik....xa0
***
Və elə dinimizdən uzaqlığımızdan qaynaqlanan ən əsas mənfiliklərimizdən biri: biz millətçliyi, türkçülüyü öz dinimiz dəyərlərimizlə qovuşdurmaq əvəzinə, Qərbin əxlaqımıza uyğun gəlməyən dəyərsizlikləriylə sintez etmişik. Ona görə də bu gün türkçülüyü də, bozqurdçuluğu da gözdən salımışıq. Halbuki, qardaş Türkiyənin gerçək ülküçüləri dəxa0 xa0türkçülüyü dinimiz İslamla üz-üzə qoymağın tərəfdarı olmayıblar.xa0
***
Biz özümüz və dostlarımız bu günah və xətaları görə bilməsək də, Yaradan görüb vəxa0 bizlərə hərəkatımızın, azı, 4-5 illik zəhmətimizin niyyətimizə əməlimizə uyğun bəhrəsini, nəticəsini verib. Yəni Allah qarşımıza öz günah əməllərimizlə dolayısıyla, bəzən isə birbaşaxa0 enerji verdiyimiz tamahkarları, anti-milli yerli və xarici gücləri çıxarıb...xa0
***
Bütün sadalanan xüsusiyyətlərmizdən, üstəgəl agenturaxa0 “KQB”-“QRU”-“SRU” və s. agentura şəbəkələrindən ustalıqla bəhrələnənxa0 düşmən güclər məhz bizlərin meydanlarda səngərlərdə xərclədiyimiz potensialı istismar etməklə planlarını icra edərək ölkəni, xalqı talamaq müstəqilliyi, azadlığı qazanıblar...xa0
***
Amma inanın ki, əgər əksəriyyətimiz milli azadlıq, Qarabağ uğrunda mübarizədə ixlaslı, imanlı, təmənnasız və təmkinli olsaydıq, anti-milli qüvvələr təşəbbüsü ələ ala bilməz və buxa0 gün qarşımızda tamamiləxa0 başqa bir Azərbaycan olardı; korrupsionerlər, mənəviyyatsızlar, əxlaqsızlar barmaqla sayılar və torpaqlarımız bu miqyasda, bu müddətdə işğal altında qalmazdı. Nə yazıqlar ki, mövcud gerçəklikdə, SSRİ-nin amansız “37”, “41-45” dəzgahından keçib,xa0 Allahsız, imansızxa0 “kommunizm nağılı”nın beşiyindən birdən-birə Qərbin, ABŞ-ın yalançı, çoxüzlü, əxlaqsız “demokratiya”sının ağuşuna atılmış əzabkeş xalqdan bundan artığını gözləmək sadəlöhvlük olardı...xa0
***
Dəfələrlə demişik: 1988-1993-cü illərdə Azərbaycanda baş verən proseslərin aparıcı qüvvəsixa0 xalq kütlələri olsa da, əslində hərəkatı kənardan yönləndirən SSRİ-ni çökdürmək istəyən xarici super güclər, məhz transmilli super oliqarxlar və həmin dalğalar üzərində Azərbaycanda hakimiyyətə yiyələnməyə çalışan qüvvələr,xa0 supergüclərə nökərçilik edən mikro oliqarxlar olub. Bunu həmin proseslərin nəticəsinin, yəni hərbi-siyasi, iqtisadi-siyasi vəxa0 maddi baxımdan qazananların kim olmasının məntiqi təhlili sübut edir. Yəni bəhs etdiyimiz proseslər bizimxa0 qəlbimizdə, niyyətimizdə Xalq Hərəkatı, Milli Azadlıq Hərəkatı, düşmən güclərin nəzərində anti-milli oliqarx hərəkatı olub. Nəticədə mənəvi baxımdan biz, maddi, iqtisadi-siyasi baxımdan onlar qalib gəlib...xa0
***
Özümüzə toxtaqlıq vermək üçün 25 ildir deyirik: Azərbaycan xalqı 1988-1990-cı illərdəki milli azadlıq hərəkatına görə “ilin mübariz xalqı” elan olunub. Bu qaranlıqlar müvəqqətidir, biz yenə də torpaqlarımızı azad edib qalib gələcəyik...
***
xa0
Sual olunur: bəs hanı bizi “ən mübariz xalq” deyə qızışdıraraq Moskva tanklarının qarşısınaxa0 çıxartdırıb əzdirən və 20 Yanvar faciəsindən sonra “bu, SSRİ-nin daxili işidir” deyən çoxüzlülər? SSRİ dağıldı, Rusiyadan ayrıldıq- hüquqi müstəqillik qazandıq. Və bundan sonra Qarabağ-hüquqi-tarixi torpaqlarımızın 20 faizi işğal olundu. Bəs niyə bu gün həmin Amerika, Avropa bu mübariz xalqa dəstək verib torpaqlarının azad edilməsinə şərait yaratmır?..xa0
***
Hanı 1988-ci ildə Azadlıq meydanındakı insanlara kabab, sosiska, meyvə, içki göndərtdirən “KQB”-partnomenklatura oliqarxları, tanınmış sənət, siyasət, din adamları? Haradadırlar? Niyə Şuşadakı bir neçə ağacın harayına yığışmış yüz minləri, 30 ilə yaxındır işğalda qalan o boyda Qarabağın harayına toplamırlar? Niyə ölkəni talayan, xalqın milli, dini mənəviyyatını məhv edən korrupsioner, əxlaqsızlar, “mavi”lər şəbəkəsinə qarşı cınqırlarını çıxarmırlar?..
***
Bilirsiz niyə? ABŞ, Avropa ona görə bizə dəstək vermir ki, artıq məqsədlərinə nail olublar: SSRİ, sosializm sistemi çöküb, dağılıb, onlar da neftdən-qazdan paylarını artıqlamasıyla alıblar, ölkədəki rus yazılarını ingilis yazılarıyla əvəz ediblər, geyim, davranış mədəniyyətimizi, əxlaqımızı öz mədəniyyətsizlikləri, əxlaqsızlıqlarına uyğunlaşdırıblar...
***
“Özümüzünkü”lər isə ona görə susurlar ki, onlar da niiyyətlərinə çatıblar. Dediyimiz kimi, dünən qorxa-qorxa talayanlara müstəqillik, azadlıq qazandırıblar? Qısası,xa0 Azərbaycan xalqının toparlanıb ayağa qalxaraq Qarabağı azad etməsi, korrupsioner, “mavi”lər şəbəkəsindənxa0 canını qurtarması nə xaricdəki, super güclərə, nə də onların daxildəki nökərlərinə sərf etmir...xa0
***
Məhz ona görə də dünən meydanda hayqıran “azadlıq aşiqləri”, hərəkat liderləri hesab edilən şəxslər bir yerə yığışıb bir 50 nəfərik də olsun “Xalq Hərəkatı” qura bilmirlər...
***
Bir də ki, Xalq Hərəkatına qarşı haqsızlığı bəndəniz etməyib- o hərəkatın içinə-başına yerləşib “KQB”-“QRU”, nə bilim, “SRU” agenturalarına xidmət edib xalqın enerjisini boşa xərclədənlər, Osmanlı qardaşlarımız demiş, kullandıranlar olub?
***
Bu gün bizə işğalçı, separatçı ermənilər Qarabağdan,xa0 geylər, “mavi”lər, lesbiyanlar teleekranlardan, korrupsionerlər, rüşvətxorlarxa0 nazirliklərdən, idarələrdən, icra hakimiyyətlərindən, məktəblərdən, xəstəxanalardan meydan oxuyursa, mandatlı, medallı “ziyalı”lar bütün bunları malalayıb, ütüləyib başımıza corab toxuyursa, biz necə mübarizik və bu xalq hərəkatının qalibi kimlərdir?..xa0
***
Doğrudur, hər şeyi qara rəngdə də görmək olmaz: Şükür Allaha, Azərbaycan bir sıra maddi, zahiri cəhətlərdən 1988-1993-cü illərlə müqayisədə çox inkişaf edib. Qarabağı de-fakto itirdikdən sonra ölkədə hərbi-siyasi sabitlik yaranıb, yaxınlığımızda Suriya, İraq kimi digər müsəlman ölkələrindən fərqli olaraq ölkəmizdə xaos, vətəndaş qırğını yoxdur, başımıza gah ingilisin, gah yəhudinin, gah rusun bombaları yağmır. Bir tikə çörəyimizi çətinliklə də olsa, tapıb, başımızı bir komaya soxub yaşayırıq. Ancaq bu, o deməkxa0 deyil ki, kimlərsə bu sabitlikdən sui-istifadə edib üçrəngli bayrağımız altında hər birimizinxa0 payı olan sərvətlərimizi, büdcəmizi kefi istədiyi kimi talayıb, xaricə daşıyıb ailəsini, tayfasını dolandırsın, biz də sakitcə baxaq, barmağımızı sümürək...xa0
***
Hər kəs öz şəxsi həyatından başlayaraq öncə öz nəfsi ilə, sonra da ətrafında haqqını tapdamağa cəhd edənlərlə inancımız və qanunlar çərçivəsində mübarizə aparmalıdır...xa0
***
Haqq, ədalət, Qarabağ uğrunda düzgün, dürüst, imanlı, halal mübarizə aparmaq üçün isə öncə Qərbin çoxüzlü dermokratiyasına yox, öz milli törələrimiz, dəyərlərimiz və inanc sistemimizə güvənməliyik, Quranımızı, bayrağımızı, mədəniyyətimizi, musiqimizi, ədəbiyyatımızı, geyim tərzimizi başımız üzərində tutmalıyıq. Amerika, Avropanın isə yalnız texnologiyaları və müəyyən qədər idarəçilik sistemlərindən yararlanmaq olar. Yoxsa onların abırsız-həyasız, cəmiyyəti gündən-günə leqal fahişəliyə, “mavi”liyə, əyyaşlığa, narkomanlığa sürükləyən, beynəlxalq idman tədbiri zamanı lütlənib eyvanlara çıxmalarıylaxa0 gündəmə gələn “tolerant”, “multikultural” həyat tərzini nümunə kimixa0 xalqımıza sırımaq lazım deyil...xa0
***
Mübarizəmizi deyilən tərzdə aparsaq və nəticədə bir yumruq kimi səfərbər olunsaq, nə cinayətkar oliqarxların korrupsoner şəbəkəsi, nə də bizə təşkilatlanmağa imkan verməyən “KQB”-“QRU”-“SRU” agentura şəbəkələri, nə də işğalçı ermənilər qarşımızda dayana bilər. Əks halda köhnə “KQB” oyunçuları həm aşağıda, həm yuxarıda təzə oyunlarını davam etdirməklə anti-milli talançılara şərait yaradacaq...xa0 xa0
Allah Özü bizləri doğru, dürüst, imanlı HƏRƏKAT yoluna hidayət etsin!..
Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən




























































































