Xatırladaq ki, M. Bağırov vəzifə cinayətlərində və korrupsiya əməllərində ittiham olunur və külli miqdarda dövlət vəsaitinin mənimsədiyi baş prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində aparılan iki illik istintaqla sübuta yetirilib. Bəlli olub ki, M. Bağırov ağılasığmaz cinayətlər törədib.
O da bildirilir ki, həmin məhkəmə prosesi zamanı ümumilikdə 623 nəfərin şahid qismində dindirilməsi nəzərdə tutuilub. Bunlardan 100 - dən yuxarısı məktəb direktoru, digərləri isə müəllim kontingentidir. Məhkəmədə bildirilib ki, istintaqda ifadə vermiş həmin 623 nəfərin hər biri dəvət olunub təkrar dindiriləcək və ya istintaqda verdiyi ifadələrini təsdiq edib - etməmələri soruşulmaqla kifayətləniləcək.
Qeyd edək ki, işə hakim Elbəyi Allahverdiyevin sədriliyində baxılır. E. Allahverdiyev Məhəmməd Bağırovun saxta ittihamları əsasında 11 il azadlıqdan məhrum edilən "Azadlıq" qəzetinin keçmiş müxbiri, araşdırmaçı jurnalist Ərşad İbrahimlinin də cinayət işində hakimlik edib.


































































































