Bakının kriminal gündəliyi

Bakının kriminal gündəliyi

Hazırda oxunan: Bakının kriminal gündəliyi

44945
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidməti şəhərdə baş verən kriminal hadisələtlə bağlı məlumat yayıb. Moderator.az həmin xəbərləri təqdim edir: 


Aprelin 23-də M.Hadi küçəsində yerləşən kafedə Bakı şəhər sakinləri Şamil Gülmətov İmamverdi Kərimova bıçaq xəsarətləri yetirdiyi üçün Xətai RPİ CAŞ və 36-cı PB-nin əməkdaşları tərəfindən tutulub. 

Binəqədi RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Salyan rayon sakini Natiq Məhərrəmovdan 4 kiloqram 500 qram marixuana aşkar edilib.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 177-ci (oğurluq) maddəsilə axtarışda olan Kürdəmir rayon sakini Brilyant Mahmudova tutulub.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 177-ci (oğurluq) maddəsilə axtarışda olan Natiq Bağırov tutulub.

Nəsimi RPİ CAŞ, PPXB və 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cirgirlikdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Dadaşov tutulub, üzərindən ona məxsus mobil telefon, 83 manat və 1 qramdan artıq tiryək aşkar edilib.

Aprelin 20-də X.Məmmədov küçəsində Bakı şəhər sakini Nizami Həndəmova məxsus «Mercedes» markalı avtomobil qaçırılıb. Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avtomobil aprelin 23-ü saat 02:30 radələrində Masallı rayonu ərazisində saz vəziyyətdə tapılıb, avtomobili qaçıran Masallı rayon sakini, əvvəllər məhkum olunmuş, Anar Nemətov tutulub.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO