Moderator.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, , «Afina» Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş məlumat araşdırılmışdır.
Araşdırmalar
zamanı MMC-nin direktor müavini, tikinti işləri üzrə direktoru Qüvvətəli Süleymanovun
cəmiyyətin paytaxtın Yasamal rayonu ərazisində inşa etdiyi çoxmərtəbəli yaşayış
binasındakı mənzillərin vətəndaşlara satmaq adı altında saxta müqavilələr tərtib
etməklə onlardan ümumilikdə 429.0 min manat məbləğində əmlakı qabaqcadan əlbir olduğu
Rauf Xəlilovun vasitəsi ilə ələ keçirməsində və digər qanunazidd hərəkətlər
etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanmışdır.
Q.Süleymanov
Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq
yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) və 313-cü (vəzifə
saxtakarlığı), Rauf Xəlilov isə 178.3.2 və 320.1-ci (rəsmi sənədləri, dövlət
təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz
hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən
şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilmişdir.
Hazırda iş üzrə istintaq
davam etdirilir.

































































































