Azərbaycanda 141 kilo heroinlə saxlanılan şəxs  - Terrorçu çıxdı

Azərbaycanda 141 kilo heroinlə saxlanılan şəxs - Terrorçu çıxdı

Hazırda oxunan: Azərbaycanda 141 kilo heroinlə saxlanılan şəxs - Terrorçu çıxdı

148944
Azərbaycanda 141 kiloqram heroinlə saxlanılan Tacikistan vətəndaşı İsmayılov Muxameddin ölkəsində qadağan edilən ekstremist və terrorçu İslam Dirçəliş Partiyasının üzvü olub.

Moderator.az xəbər verir ki, bu barədə Tacikistan DİN mətbuat xidməti məlumat verib..

Məlumata görə, İsmayılov 3 ay əvvəl İrana gedib və beynəlxalq avtomobil şirkətlərindən birində işə düzəlib. İrandan narkotik gətirərək onu Azərbaycanda 3 milyon dollara satmaq istəyib.

Qeyd edək ki, avqustun 14-də Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından gələn Tacikistan vətəndaşı İsmayılov Muxameddin Sobirjonoviçin idarə etdiyi “DAF”x9d markalı GP6925/N6775 nömrəli yük maşınına rentgen aparatı vasitəsilə baxış keçirilmiş və narkotik vasitə aşkarlanmışdı.

Tacikistan vətəndaşı ilkin ifadə zamanı Azərbaycandan tranzit keçməklə Gürcüstana, oradan isə Ukraynaya getmək istədiyini bildirmişdi.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO