Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

Hazırda oxunan: Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

625101

Tehran Hörmüz boğazına nəzarəti həmişə həyata keçirib və gələcəkdə də onu idarə etməyə davam edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
 

"İran həmişə Hörmüz boğazının gözətçisi olub və əbədi olaraq belə qalacaq", - deyə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.


Əraqçi həmçinin ABŞ prezidenti Donald Trampın bu su arteriyası üzərində nəzarəti ələ keçirmək və təhlükəsizliyin təmin edilməsi müqabilində 20% rüsum yığmaq niyyəti ilə bağlı bəyanatlarını şərh edib:

"Sözsüz ki, 20% çox böyük rəqəmdir. Biz ədalətli olacağıq", — deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO