“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz QƏRAR

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz QƏRAR

Hazırda oxunan: “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz QƏRAR

625082

"Digital Classifieds" OÜ şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edib.

Bizim.Media “valyuta.az”a istinadən xəbər verir ki, kreditorlar tələblərini iki ay ərzində AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 75 ünvanına təqdim edə bilərlər.

Qeyd edək ki, "Digital Classifieds" Azərbaycanda istifadəçilərə avtomobil, daşınmaz əmlak, müxtəlif məhsulların alqı-satqısı, eləcə də iş elanları üzrə xidmət göstərən dörd onlayn platformanın hazırlanması, idarə olunması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.
 

Azərbaycan internet bazarında fəaliyyət göstərən bu platformaların rəhbəri kimi Mixail Lomtadze əlaqələndirilir. 2021-ci il avqustun 16-da dövlət qeydiyyatına alınıb, hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 75-dir. Şirkətin qanuni təmsilçisi Gürcüstan vətəndaşı Mamuka Kırvalıdzedir.


"Digital Classifieds" Qazaxıstanın aparıcı texnologiya şirkətlərindən olan "Kaspi.kz" qrupuna daxildir. Şirkət ölkənin ən çox ziyarət olunan elan platformalarından olan “Turbo.az”, “Tap.az”, “Boss.az” və “Bina.az”ın operatorudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO