Azərbaycanda vəhhabi olduğu bildirilən şəxsləri gizli yolla ölkədən çıxaran şəxs tutulub.xa0
xa0
Hüquq-mühafizə orqanlarından apa-ya verilən məlumata görə, Azərbaycan-Gürcüstan sərhədinin Balakən rayonu ərazisindən keçən hissəsində vəhhabi olduğu bildirilən bir neçə şəxsin sərhədi qanunsuz keçməsi barədə polisə məlumat daxil olub. Məlumat əsasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində onları sərhəddən keçirən şəxsin Zaqatala rayonu Əliabad qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elman Mirzəbəy oğlu Mirzəbəyov xa0olması müəyyən edilib və o, saxlanılıb. Saxlanılarkən ondan bir ədəd “AK-74”x9d markalı avtomat, bir ədəd avtomat darağı və 13 ədəd avtomat silahının gülləsi aşkarlanaraq götürülüb. Elman Mirzəbəyov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verib.
xa0
Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılır.xa0

































































































