Quyu sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
“Neft Daşları”x9d yatağındakı 1 887 nömrəli stasionar dəniz özülündən 2 680 nömrəli quyu qazmadan sonra istismara verilib. Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib.xa0
Moderator.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, 3 088-3 073 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.xa0
Qeyd edək ki, quyu “Azneft”x9d İstehsalat Birliyinin “Neft Daşları”x9d Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.xa0




























































































