“PAŞA Kapital”ın aktivlərində 8 milyondan çox ARTIM

“PAŞA Kapital”ın aktivlərində 8 milyondan çox ARTIM

Hazırda oxunan: “PAŞA Kapital”ın aktivlərində 8 milyondan çox ARTIM

616910

Ötən il "PAŞA Kapital”ın aktivləri 56,1 milyon manatdan 64,8 milyon manata yüksəlib.

Bizim.Media xəbər verir ki, bunu PAŞA Kapital investisiya şirkətinin (PASHA Capital) Baş icraçı direktorun müavini Elnur Fətullayev şirkətin 2025-ci il üzrə maliyyə nəticələrinə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, şirkətin öhdəlikləri isə 47,6 milyon manatdan 46,1 milyon manata enib:

"Şirkətin kapitalı isə 16,5 milyon manatdan 18,7 milyon manata çatıb".

Direktor müavininin sözlərinə görə, şirkətin xalis mənfəətində də artım qeydə alınıb:

"Belə ki, 2024-cü ildə şirkətin xalis mənfəəti 2,2 milyon manat olub, 2025-ci ildə isə 2,5 milyon manata yüksəlib ki, bu da illik müqayisədə 13%-lik artım deməkdir. 2025-ci ildə şirkətin xalis mənfəət marjası 25,3%, kapitalın rentabelliyi (ROE) isə 14,5% təşkil edib".

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO