Azərbaycanla ABŞ arasında kritik minerallar SAZİŞİ…

Azərbaycanla ABŞ arasında kritik minerallar SAZİŞİ…

Hazırda oxunan: Azərbaycanla ABŞ arasında kritik minerallar SAZİŞİ…

616859

Azərbaycan və ABŞ arasında kritik minerallar sahəsində əməkdaşlığa dair çərçivə sazişinin imzalanması iqtisadi münasibətlərdə yeni mərhələnin əsasını qoyur.

Bizim.Media xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov 1-ci Azərbaycan-ABŞ iqtisadi dialoquna həsr olunmuş mətbuat konfransında səsləndirib.

Nazir qeyd edib ki, sənəd “Bakı Enerji Həftəsi” çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə imzalanıb.

“Ötən gün Prezident İlham Əliyevin iştirakı ilə kritik minerallar sahəsində əməkdaşlığa dair çərçivə sazişi imzaladıq. Bu, ABŞ və Azərbaycan tərəfdən bu prosesə töhfə vermiş həmkarlarımıza təşəkkür etmək üçün daha bir fürsətdir”, – deyə M.Cabbarov bildirib.
 

Onun sözlərinə görə, saziş iqtisadi əməkdaşlıqda yeni səhifə açır və müasir iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyan sahənin inkişafına xidmət edəcək.


“İqtisadi əməkdaşlığımızda yeni fəsil açılır. Bu əməkdaşlıq yalnız ümidverici deyil, həm də müasir iqtisadiyyatın ehtiyacları və məhsuldarlığı baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə nazir vurğulayıb.

M.Cabbarov ABŞ-nin özəl sektor nümayəndələri ilə əməkdaşlıqda maraqlı olduqlarını da diqqətə çatdırıb.

“Biz bu sahədə ixtisaslaşmış ABŞ şirkətləri ilə əməkdaşlığı səbirsizliklə gözləyirik, onların bilik və təcrübəsindən, həmçinin Tramp administrasiyasının baxışı nəticəsində formalaşdırılmış imkanlardan yararlanmağa hazırıq”, – deyə iqtisadiyyat naziri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO