Azərbaycan Türkiyə ilə ikiqat vergitutmanın aradan qaldırılması üzrə yeni sazişi müzakirə edir

Azərbaycan Türkiyə ilə ikiqat vergitutmanın aradan qaldırılması üzrə yeni sazişi müzakirə edir

Hazırda oxunan: Azərbaycan Türkiyə ilə ikiqat vergitutmanın aradan qaldırılması üzrə yeni sazişi müzakirə edir

598111
Türkiyənin paytaxtı Ankarada Azərbaycan və Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni saziş layihəsi üzrə danışıqlar keçirilib.
 
Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.
 
Tədbirdə Azərbaycan tərəfindən Dövlət Vergi Xidmətinin ekspertləri və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi, Türkiyə tərəfindən isə Gəlir İdarəsi Başqanlığının məsul şəxsləri iştirak ediblər.
 
Müzakirələr zamanı Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəis müavini Ceyhun İsmayılov Türkiyə ilə yeni saziş üzrə danışıqlara başlanılmasının hər iki ölkə üçün böyük önəm kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, yeni saziş imzalanacağı təqdirdə, sərmayəçilər üçün əlverişli şərait yaranacaq, məlumat mübadiləsi və vergi borclarının yığılmasında effektiv qarşılıqlı münasibətlər formalaşacaq.
 
Üç gün davam edən müzakirələrin nəticəsi olaraq, saziş layihəsinin vergitutmaya aid bütün müddəaları üzrə razılıq əldə edilib. Dostluq və qarşılıqlı anlaşma şəraitində keçən müzakirələr zamanı tərəflər açıq qalan məsələlərlə bağlı qısa vaxt ərzində razılığın əldə olunması üçün səylərin gücləndirilməsi barədə ortaq fikrə gəliblər.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO