İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu İmişlidə heyvandarlığın inkişafı layihəsinə 2,6 milyon manat güzəştli kredit verib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında bildirib.
Onun sözlərinə görə, güzəştli kredit “İmişli R-Aqro” MMC-yə ayrılıb.



































































































