Bakıda mötəbər tədbir keçirilir

Bakıda mötəbər tədbir keçirilir

Hazırda oxunan: Bakıda mötəbər tədbir keçirilir
584381
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" Forumu keçirilir.

Bizim.Media xəbər verir ki, forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, eləcə də digər rəsmi şəxslər iştirak edirlər.
 

Forum zamanı gömrük işi sahəsində həyata keçirilən rəqəmsal alətlərin, eləcə də xarici ticarət əməliyyatlarının tənzimlənməsi və sadələşdirilməsi istiqamətində gömrük və aidiyyət dövlət orqanlarının birgə reallaşdırdığı layihələrin təqdimatları, o cümlədən biznes subyektlərinin iştirakı ilə gömrük prosedurları və əməliyyatları üzrə müzakirələrin aparılması planlaşdırılır.


Qeyd edək ki, biznes nümayəndələri ilə əməkdaşlığın daha da genişləndirilməsi, gömrük sahəsində həyata keçirilən yeniliklərin ictimaiyyətə çatdırılması məqsədilə dövlət qurumlarının nümayəndələrinin, xarici ticarət iştirakçılarının, ekspertlərin və tərəfdaşların iştirakı ilə hər il ənənəvi olaraq Dövlət Gömrük Komitəsi tərəfindən "Gömrük-Biznes Forumu" təşkil edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO