Qubad İbadoğlu rəsmi Bakını yalançılıqda suçladı

Qubad İbadoğlu rəsmi Bakını yalançılıqda suçladı

Hazırda oxunan: Qubad İbadoğlu rəsmi Bakını yalançılıqda suçladı

32879

ABŞ-ın Enerji İnformasiya Departamenti Xəzər dənizi hövzəsi ölkələrinin suda və qurudakı karbohidrogen ehtiyatları barədə növbəti hesabat yayıb. Sənəddə Azərbaycanın Xəzər dənizinin su sektorundakı qaz ehtiyatlarının həcmi 1, 5 trilyon kubmetr, neft ehtiyatlarınınsa 6, 8 milyard barel təşkil etdiyi qeyd olunub. Maraqlıdır ki, sənəddə qeyd olunan rəqəmlərlə Azərbaycan Dövlət Neft Şirkətinin açıqladığı statistikada xeyli uyğunsuzluq var. Belə ki, SOCAR  Azərbaycanın kəşf olunmuş qaz yataqlarındakı ehtiyatların həcminin 2 trl. kubmetri keçdiyini iddia etsə da Vaşinqtondan yayılan hesabatda bundan xeyli az rəqəm göstərilib. Maraqlıdır, kimin rəqəmləri daha etibarlıdır, hansı rəqəmlərə inanaq?

 İqtisadçı ekspert Qubad İbadoğlu da bu iki statistika arasında xeyli uyğunsuzluq olduğu qənaətindədir və bunun artıq bir ənənə halını aldığını söyləyir. Moderator.az-a açıqlamasında ekspert bildirdi ki, adətən Azərbaycanın rəsmi qurumları və prezidenti tərəfindən ifadə olunan rəqəmlər reallığı əks etdirmir və xeyli şişirdilmiş olur: “Təbii ki, ABŞ-ın rəqəmlərinə inanmaq lazımdır. Çünki ABŞ-ın apardığı tədqiqatlar onları burda təmsil edən şirkətlərin, eyni zamanda dünyada tanınmış, bp kimi ABŞ-ın tərəfdaşı olan şirkətlərin hesablamaları əsasındadır. Biz karbohidrogen ehtiyatlarımızın həcmiylə bağlı rəsmi Bakının iddia etdiyi rəqəmlərə baxsaq həmişə bunun bilərəkdən şişirdildiyini, kifayət qədər böyük həcmdə ifadə edildiyini görə bilərik. Təbii ki, bu da hər bir dövlətin öz milli maraqlarından irəli gəlir. Dövlətlər çalışırlar ki, beynəlxalq investorları cəlb etmək və ölkənin beynəlxalq çəkisini artırsınlar, buna görə də müəyyən manipulyasiyalara da yol verilir. Amma ABŞ və eyni zamanda Beynəlxalq Enerji Agentliyi kimi tanınmış təşkilatlar öz reputasiyalarına hörmət edirlər və həmişə çalışırlar ki, bu məsələdə daha dəqiq və əsaslandırılmış nəticələr ortalığa çıxarsınlar.”

 Ola bilərmi ki, yeni quyuların kəşfi prosesi məxfi aparıldığına görə başqaları bundan xəbər tuta bilməsin və ehtiyatların həcmi barədə səhih məlumatlar əldə edə bilməsinlər?

 Qubad İbadoğlu hesab edir ki, bu məsələni gizlətmək mümkün deyil: “Neftlə bağlı məsələ bəllidir. Çünki ən böyük yataqları bp şirkəti idarə edir. Qazla da bağlı vəziyyət təxminən eynidir. “Şahdəniz”dəki ən böyük yatağı BP idarə edir. Ancaq mən dəqiq bilmirəm ki, Azərbaycan hökuməti yeni quyuların kəşfiyyatını yalnız öz resursları hesabına aparır, yoxsa tərəfdaş şirkətləri də bu prosesə cəlb edir. Hər halda burda da sirr hesab olunan bir şey yoxdur.” 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO