“Qara qızıl”x9dın artan qiymətləri büdcəyə yenidən baxılmasına ehtiyac yaradacaqmı?

“Qara qızıl”x9dın artan qiymətləri büdcəyə yenidən baxılmasına ehtiyac yaradacaqmı?

Hazırda oxunan: “Qara qızıl”x9dın artan qiymətləri büdcəyə yenidən baxılmasına ehtiyac yaradacaqmı?

207058

Dünya birjalarında neftin qiyməti əvvəlki günlərlə müqayisədə ucuzlaşıb. Buna baxmayaraq, neft 2018-ci ilə yüksək rəqəmlərlə start verib.

xa0

Londonun ICE (“InterContinental Exchange Futures”x9d) birjasında “Brent”x9d markalı neftin 1 barrelinin qiyməti 0,45 dollar ucuzlaşaraq 67,62 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”x9d) birjasında “Layt”x9d markalı neftin 1 barrelinin qiyməti isə 0,57 dollar azalaraq 61,44 dollar təşkil edib.

Xatırladaq ki, yanvarın 5-də “AzəriLayt”x9d markalı neftin 1 barreli 70,54 dollar satılıb. Həmin gün Londonun ICE (“InterContinental Exchange Futures”x9d) birjasında “Brent”x9d markalı neftin 1 barrelinin qiyməti 68,01 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”x9d) birjasında “Layt”x9d markalı neftin 1barrelinin qiyməti 61,95 dollar olub.

2018-ci ilin dövlət büdcəsində neftin 1 barreli 45 dollardan götürülüb. Neftin qiymətləri qarşıdakı vaxtlarda artmaqda davam edərsə, büdcəyə yenidən baxıla bilərmi?

xa0

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovxa0Modern.az-a deyib ki, buna ehtiyac yoxdur:

“Neftin indiki qiymətləri büdcə üçün olduqca əlverişlidir. Amma qiymətlərin nə qədər qalıcığı olacağını proqnozlaşdırmaq çətindir. Ümumilikdə, bu il neft qiymətləri 55-60 dollar civarında proqnozlaşdırılır. Ancaq büdcədə neftin bir barelinin 45 dollar götürülməsi normaldır. Əsas büdcənin şəffaflıq məsələsidir. Büdcə xərclərinə nəzarət edən Hesablama Palatası var. Əsas odur ki, şəffaflıq qorunsun, bu mexanizm işləsin”x9d.

Deputat bildirib ki, neftin artan qiymətləri dövlət büdcəsinə transfer ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO